Nokia C1-01

Page 8
background image
Yaddaş kartını daxil etmək
Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan microSD kartları
istifadə edin. Nokia yaddaş kartları üçün təsdiqlənmiş sənaye standartlarından istifadə
edir, amma bəzi kart modelləri bu cihaza tam uyğun olmaya da bilər. Uyğun olmayan
yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda
saxlanılan məlumat pozula bilər.
Telefonunuz 32 GB qədər yaddaş həcmi ilə microSD kartlarını dəstəkləyir.
Cihaz ilə uyğun yaddaş kartı təchiz oluna və artıq cihazda yerləşdirilmiş ola bilər. Əgər
bu belə deyilsə, aşağıdakıları edin:
1 Arxa örtüyü açın.
2 Kartın kontakt sahəsi aşağı tərəfə yönəlmiş olmalıdır. Çıqqıltı səsi gələnə qədər
kartı daxilə basın.
3 Arxa örtüyü yerinə salın.
microSD kartının çıxardılması
Mühüm:  Karta daxil olarkən, əməliyyat zamanı yaddaş kartını çıxarmayın.
Bunun edilməsi yaddaş kartını və cihazı zədələyə bilər, həmçinin kartda saxlanılan
məlumat pozula bilər.
8
Cihazın işə salınması