Nokia C1-01

Page 5
background image
Dəstək
Məhsulunuzdan necə istifadə etməyi öyrənmək istədiyiniz və ya cihazın necə çalışdığı
haqda əmin olmadığınız halda www.nokia.com/support və ya mobil cihazdan istifadə
edərək nokia.mobi/support səhifəsinə keçin.
Əgər bunun köməyi ilə məsələ həll olunmasa, bu halda aşağıdakılardan birini edin:
Cihazınızı söndürüb işə salın. Cihazı söndürün və batareyanı çıxardın. Təxminən
bir dəqiqədən sonra batareyanı yenidən daxil edib cihazı yandırın.
İstehsalçının parametrlərini bərpa edin.
Cihazınınız proqram təminatını yeniləyin.
Əgər məsələ yenə də həll olunmursa, Nokia ilə təmir üçün əlaqə saxlayın.
www.nokia.com/repair sehifəsinə keçin. Cihazınızı təmirə göndərməkdən əvvəl
həmişə cihazınızdakı məlumatın rezerv nüsxəsini çıxardın.
Cihazın işə salınması
SIM kart və batareyanın daxiledilməsi
SIM kart və onun kontaktları asanlıqla çızıqlar və ya əyilmə nəticəsində zədələnə bilər,
bu baxımdan, kartı daxil, toxunan və ya çıxaran zaman ehtiyyatlı olun.
Mühüm:  Mikro-SIM kart kimi tanınan mini-UICC SIM kartını, mikro-SIM kartını
adapter ilə və ya bu cihazda mini-UICC qoruyucusu (şəklə baxın) olan SIM kart ilə
istifadə etməyin. Mikro SIM kart standart SIM kartdan kiçikdir. Bu cihaz mikro SIM
kartlardan istifadəni dəstəkləmir və uyğun olmayan SIM kartlardan istifadə kartı və ya
cihazı zədələyə və kartda saxlanan məlumatları korlaya bilər.
1 Barmağınızı cihazın aşağı hissəsindəki oyuqa salın və arxa örtüyü ehtiyatla
qaldırıb çıxardın (1).
2 Əgər batareya daxildədirsə, onu qaldırın (2).
3 SIM kartı daxil edin. Kartın kontakt sahəsi aşağı tərəfə yönəlmiş olmalıdır (3, 4).
Dəstək
5