Nokia C1-01

Page 33
background image
Potensial partlayıcı mühit
Mümkün partlayış ola biləcək hər hansı mühitlərdə cihazınızı söndürün. Dərc olunmuş bütün təlimatlara əməl edin. Belə
ərazilərdə qığılcımlar bədən xəsarəti və ya ölümlə nəticələnən partlamaya yaxud yanğına səbəb ola bilər . Telefonu xidmət
stansiyalarında olan qaz nasosları kimi yanacaq stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama
məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial
partlayış atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilirlər. Buraya nəqliyyat vasitənizin matorunu
söndürülməsi məsləhət görülən ərazilər, qayıqlarda göyərtədən aşağı hissə, kimyəvi maddələrin ötürüldüyü və ya saxlandığı
binalar daxildir, belə yerlərdə havada kimyəvi maddələr və atom, toz, və ya metal tozları kimi hissəciklər olur. Maye qazla
işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə eilib edilməyəcəyini soruşmalısınız.
Təcili yardım zəngləri
Mühüm:  Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnalları, simsiz şəbəkələri, daxili əlaqə xəttləri
şəbəkələrini və istifadəçi üçün proqramlaşdırılmış funksiyaları istifadə edərək işləyir. Əgər cihazınız internet vasitəsilə səs
zənglərini dəstəkləyirsə (internet zəngləri), həm internet zənglərini və həm də mobil telefonu aktivləşdirin. Hər ikisi
aktivləşdirilərsə, cihaz həm mobil şəbəkə, həm də sizin internet zəngi provayderi ilə təcili yardım zəngləri etməyə çalışacaqdır.
Hər şəraitdə bağlantıya təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız simsiz cihaza etibar
etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
1
Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın. Cihazınızdan asılı olaraq, aşağıdakıları
tamamlamalı ola bilərsiniz:
Cihazınıza SİM kart daxil edin.
Cihazınızda aktivləşdirdiyiniz müəyyən zəng məhdudiyyətlərini götürün.
Profilinizi Qoşulu olmayan və ya Uçuş rejimi profilindən aktiv profillə dəyişdirin.
2
Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün lazım olan qədər başa çatdırma düyməsini basın.
3
Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
4
Zəng düyməsini basın.
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin. Hadisə yerində sizin simsiz cihazınız yeganə
kommunikasıya vasitəsi ola bilər. İcazə verilənədək zəngi bitirməyin.
Sertifikat barədə məlumat (SAR)
Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına cavab verir.
Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio tezliyinə
məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu təlimatlar İCNİRP müstəqil elmi təşkilat
tərəfindən yaradılıb, belə ki, yaş həddi və sağlamlıq nəzərə alınmadan, hər bir kəsin müdafiəsini təmin etmək üçün hazırlanan
təhlükəsizlik qaydalarından ibarətdir.
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (SAR) kimi tanınan ölçü vahidi istifadə edilir. ICNIRP
təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. SAR üçün testlər bütün
sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərkən standart iş
vəziyyətində keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq
şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin şəbəkə
baza stansiyasına nə qədər yaxın məsafədə olmağınızdan asılıdır.
Bu cihazın qulaqda istifadəsi üçün ICNIRP təşkilatının təlimatında göstərilən ən yüksək XAD dərəcəsi belədir 0,68 Vt/kq
(RM-607) yaxud 1,27 Vt/kq (RM-643) .
Məhsul və təhlükəsizlik üzrə məlumat
33