Nokia C1-01

Page 31
background image
Cihazınızı qoruyun
Cihazınızla, adapter və aksesuarlarla ehtiyatla davranın. Aşağıda göstərilən təkliflər zəmanətin əhatə etdiyi sahələrin
qorunmasına yardım edəcək.
Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ maye və rütubətin tərkibində eletron sxemlərin korroziyasına səbəb
olan minerallar ola bilər. Cihazınız yaş olduqda batareyanı çıxarın və cihazın tam qurumasını təmin edin.
Cihazı tozlu və ya çirkli yerlərdə istifadə etməyin və ya saxlamayın. Ayrıla bilən hissələr və elektron komponentlər
zədələnə bilər.
Cihazı yüksək temperaturda saxlamayın. Yüksək temperatur cihazın istehlak müddətini qısalda, batareyanı zədələyə
və plastik hissələri əyə və ya əridə bilər.
Cihazı soyuq temperaturda saxlamayın. Cihaz isinərək normal temperatura qayıtdıqda cihazın içində nəmlik yarana bilər
və bunun nəticəsində elektron sxemlər zədələnə bilər.
Cihazı yalnız bu istifadəçi təlimatında göstərilmiş qaydada açın.
İcazəsiz modifikasiyalar cihazı zədələyə bilər və radio cihazlarının istifadəsini tənzimləyən qaydaların pozulmasına
səbəb ola bilər.
Cihazı yerə salmayın, taqqıldatmayın və ya silkələməyin. Kobud rəftar daxili sxem platasını və mexanika elementlərini
qıra bilər.
Cihazın səthini təmizləmək üçün yalnız yumşaq, təmiz, quru parçadan istifadə edin.
Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
Optimal fəaliyyət üçün cihazı vaxtaşırı söndürün və batareyanı çıxarın.
Cihazınızı maqnit və ya maqnit sahələrindən uzaq saxlayın.
Vacib məlumatlarınızın təhlükəsizliyi üçün onları ən azı iki ayrı yerdə saxlayın, məsələn, cihazınızda, yaddaş kartında
və ya kompüterdə və ya vacib məlumatı yazın.
Təkrar emal
İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın.
Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz.
Məhsulun ətraf mühitə təsiri haqqında və öz Nokia məhsulunuzu necə təkrar emal etdirəcəyiniz barədə məlumatı
www.nokia.com/werecycle, və ya mobil cihazla, nokia.mobi/werecycle ünvanlarında əldə edə bilərsiniz.
Məhsul və təhlükəsizlik üzrə məlumat
31