Nokia C1-01

Page 30
background image
Düzgün doldurulma. Adapter istifadə edilmədikdə, onu elektrik rozetkadan və telefondan ayırın. Tam doldurulmuş batareyanı
dolduran qurğuya birləşmiş saxlamayın, çünki normadan artıq batareyanın doldurulması onun istehlak müddətini qısalda bilər.
İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
Kəskin temperaturdan çəkinin. Həmişə batareyanı 15°C və 25°C (59°F və 77°F) dərəcə arasında saxlamağa çalışın. Kəskin
temperaturlar batareyanın fəaliyyətini və ömrünü azaldır. Batareyası isti və ya soyuq olan cihaz qaydasında işləməyə bilər.
Batareyanın iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə xüsusilə məhdud olur.
Qısa qapanmaya səbəb olmayın. Təsadüfi qısa qapanma dəmir pul, sıxac, və ya qələm kimi metal əşyalar birbaşa batareyanın
müsbət (+) və mənfi (-) terminalları ilə əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal zolaqlar kimi görsənir.)
Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul kisəsində gəzdirdikdə baş verə bilər. Terminalların qısa qapanması
batareyaya və ya əlaqədə olan əşyaya zərər verə bilər.
Tullama. Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyaları yerli qaydalara müvafiq olaraq məhv
edin. Mümkün olduqda batareyanı təkrar emal etdirin. Ev tullantısı kimi atmayın.
Sızma. Batareyaları sökməyin, kəsməyin, açmayın, vurmayın, əyməyin və ya deşməyin. Batareya sızması baş verərsə,
batareya mayesinin dəriyə və ya gözlərə təmas etməsindən çəkinin. Əgər bu baş verərsə, zərər görmüş nahiyələri dərhal su
ilə yuyun və ya tibbi yardım üçün müraciət edin.
Zədələnmə. Batareyaya kənar əşyaları daxil etməyin, batareyanı təmir etməyin, suya və ya digər mayelərə salmayın.
Batareyalar zədələnərsə, partlayışa səbəb ola bilər.
Düzgün istifadə. Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Batareyanın düzgün istifadə edilməməsi yanğın,
partlayış və ya digər təhlükələrə səbəb ola bilər. Əgər cihaz və ya batareya sərt yerə düşsə və siz batareyanın zədələndiyinə
əmin olsanız, istifadə etmədən onu xidmət mərkəzinə apararaq yoxladın. Heç vaxt zədələnmiş batareya və ya batareyanı
dolduran qurğu istifadə etməyin. Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.
30
Məhsul və təhlükəsizlik üzrə məlumat