Nokia C1-01

Page 27
background image
Planlaşdırılmış işlər siyahısı görüntülənir və vacibliyinə görə çeşidlənir. İşlər siyahısını
idarə etmək üçün 
Seçiml.
 və müvafiq variantı seçin.
Operator menyusu
Sizin şəbəkə operatorunuz tərəfindən təmin edilən xidmətlər portalına keçid əldə edin.
Daha ətraflı məlumat üçün şəbəkə operatorunuza müraciət edin. Operator bu menyunu
xidmət mesajı ilə təkmilləşdirə bilər.
SİM xidmətləri
Sizin SİM kart istifadə edə biləcəyiniz əlavə xidmətləri təmin edə bilər. Bu menyuya
yalnız sizin SİM kart tərəfindən dəstəkləndikdə daxil ola bilərsiniz. Menyunun adı və
məzmunu mövcud olan xidmətlərdən asılıdır.
Yeni məsləhətlər
Enerjiyə qənaət
Əgər siz aşağıdakıları etsəniz (əgər cihazınızda mövcuddursa), batareyanızı çox tez-
tez yükləməli olmayacaqsınız.
İstifadə olunmayan tapşırıq və məlumat əlaqələrini, məsələn Bluetooth əlaqəsini
bağlayın.
Ekranın işıqlanma dərəcəsini azaldın.
Cihazınızda mövcud olarsa, qısa müddət qeyri fəallıqdan sonra enerjiyə qənaət
rejiminə daxil olmaq üçün cihazınız quraşdırın.
Klaviatura tonu kimi lazımsız səsləri qyeri aktivləşdirin.
Tullantıların təkrar istifadəsi
Materiallar və enerji kimi bu cihazın bütün materialları yenidən bərpa oluna bilər. Köhnə
Nokia məhsullarınızı yenidən emal etmək haqqında məlumat üçün www.nokia.com/
werecycle saytına daxil olun.
Siz qablaşdırma materiallarını və istifadəçi təlimatlarını öz yerli təkrar istifadə
qaydalarınıza uyğun olaraq təhvil verə bilərsiniz.
Operator menyusu
27