Nokia C3-01

Page 16
background image
Əgər məsələ yenə də həll olunmursa, Nokia ilə təmir üçün əlaqə saxlayın. Daxil olun
www.nokia.com/repair. Cihazınızı təmirə göndərməzdən əvvəl həmişə cihazdakı
məlumatlarınızın nüsxəsini çıxardın.
My Nokia
Cihazınızdan və xidmətlərdən maksimal şəkildə faydalanmağınıza kömək etmək üçün
My Nokia tərəfindən sizə pulsuz fərdi mətn mesajları göndərilir. Mesajlara məsləhətlər,
ipucları və dəstək daxildir.
Belə mesajların göndərilməsini dayandırmaq üçün 
Menyu
 > 
Proqramlar
 > 
Əlavələr
 >
Kolleksiya
 > 
My Nokia
 və 
Abunəni dayandır
 seçin.
Yuxarıda təsvir olunmuş xidməti təmin etmək üçün mobil telefon nömrəniz, cihazınızın
seriya nömrəsi və mobil abunəliyin bəzi identifikatorları cihazdan ilk dəfə istifadə
etdiyinizdə Nokia-ya göndərilir. Məlumatların bəziləri və ya hamısı proqram təminatını
yeniləyərkən də Nokia-ya göndərilə bilər. Bu məlumatlardan aşağıdakı ünvandakı
məxfilik siyasətində göstərilən qaydada istifadə oluna bilər. www.ovi.com.
Cihazınızdan istifadə edərək cihazınızın proqram təminatını yeniləmək
Cihazınızın göstəricilərini yaxşılaşdırmaq, proqram yeniləmələrini və yeni əla
xüsusiyyətləri əldə etmək istəyirsiniz? Cihazınızdan maksimumu almaq üçün proqram
təminatını mütəmadi olaraq yeniləyin. Siz cihazınızı həmçinin yeniləmələri avtomatik
yoxlanılması üçün qura bilərsiniz.
Xəbərdarlıq:
Əgər Siz yeniləşdirmə proqramını yükləsəniz, yükləmə prosesi bitənə qədər və cihaz
yenidən işə düşənə qədər cihazdan istifadə edə bilməyəcəksiniz və hətta təcili yardım
zənglərini də etmək mümkün olmayacaq.
Xidmətdən istifadə və ya məzmunun yüklənməsi məlumat trafiki qiymətlərinə təsir edə
biləcək böyük həcmdə məlumat ötürülməsinə səbəb ola bilər.
Yeniləməyə başlamazdan əvvəl adapteri qoşun və ya batareyanın kifayət qədər dolu
olduğuna əmin olun.
Menyu
 > 
Parametrlər
 seçin.
16
Cihazın idarə edilməsi