Nokia C3-01

Page 52
background image
Öz status yeniləmənizi dərc etmək
Kamera ilə çəkdiyiniz şəkilləri dərhal paylaşmaq
İctimai şəbəkə xidmətləri tərəfindən dəstəklənən yalnız bu xüsusiyyətlər mümkündür.
İctimai şəbəkə xidmətlərindən istifadə şəbəkə dəstəyi tələb edir. Bu böyük həcmdə
məlumat ötürülməsinə və əlaqədar məlumat trafiki tariflərinə səbəb ola bilər. Məlumat
köçürülməsi tarifləri haqqında məlumat üçün xidmət təminatçınıza müraciət edin.
İctimai şəbəkə xidmətləri üçüncü tərəf xidmətləridir və Nokia tərəfindən dəstəklənmir.
Böyük insan qrupları ilə məlumat paylaşa biləcəyinizdən, istifadə etdiyiniz ictimai
şəbəkə xidmətinin məxfilik parametrlərini yoxlayın. İctimai şəbəkə xidmətinin istifadə
şərtləri həmin xidmətdə məlumat paylaşılmasına tətbiq olunur. Həmin xidmətin istifadə
şərtləri və məxfilik siyasətləri ilə tanış olun.
Kalkulyatordan istifadə
Menyu
 > 
Proqramlar
 > 
Kalkulyator
 seçin.
1
Seçimlər
 və elmi yaxud standart kalkulyatoru seçin.
2 Hesablamanı daxil edin və = seçin.
İşarə:Faiz dərəcələrini, kredit müddətlərini yaxud kreditin ödənişlərini hesablamaq
üçün kredit kalkulyatorundan istifadə edin. Kredit kalkulyatoruna keçmək üçün
Seçimlər
 seçin.
Məzənnəni və ölçüləri çevirmək
Konverter haqqında
Menyu
 > 
Proqramlar
 > 
Əlavələr
 > 
Kolleksiya
 > 
Çevirən
 seç.
Konverterin köməyi ilə siz ölçü vahidlərini və məzənnələri çevirə bilərsiniz.
Ölçüləri çevirmək
Siz uzunluq kimi ölçü vahidlərini bir-birinə çevirə bilərsiniz, məsələn, kilometrləri
millərə.
Menyu
 > 
Proqramlar
 > 
Əlavələr
 > 
Kolleksiya
 > 
Çevirən
 və 
Seç
 seçin.
1 Çevirmə kateqoriyasını seçin.
2 Çevirmə üçün vahidləri seçin.
3 Vahidlərin sahələrinin birində göstəricini daxil edin. Çevrilmiş göstərici digər
vahidin sahəsində avtomatik olaraq göstərilir.
Məzənnəni çevirmək
Konverterin köməyi ilə siz məzənnələri sürətlə çevirə bilərsiniz.
52
Oyunlar və proqramlar