Nokia C3-01

Page 8
background image
1 Batareya yükləyəni divar elektrik oyuğuna qoşun.
2 Adapteri cihaza qoşun.
3 Cihaz tam doldurulmanı göstərdikdə, adapteri əvvəlcə cihazdan sonra isə divar
rozetkasından ayırın.
Siz batareyanın müəyyən vaxt müddəti üçün doldurmaq məcburiyyətində deyilsiniz və
cihaz doldurularkən ondan istifadə edə bilərsiniz. Doldurulan zaman cihaz qıza bilər.
Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun görünməsi
və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.
Batareya uzun müddət istifadə edilmədikdə, onu doldurmağa başlamaq üçün adapteri
cihaza taxmaq, sonra ayırmaq və təkrar taxmaq lazım gələ bilər.
Radioya qulaq asarkən cihazın doldurulması qəbuletmənin keyfiyyətinə təsir edə bilər.
USB ilə batareyanı doldurmaq
Batareya zəifdir, lakin adapter üstünüzdə deyil? Siz kompüter kimi uyğun cihaza
qoşmaq üçün USB kabelindən istifadə edə bilərsiniz.
Adepterin konnektorunu sınmaqdan qorumaq üçün adapter kabelini taxıb çıxararkən
ehtiyatlı olun.
USB ilə doldurulmanın başlaması uzun müddət çəkə bilər və enerjisiz USB
konsentrator ilə qoşulsanız işləməyə bilər. Cihazınız divar rozetkasına qoşulduqda
daha sürətlə doldurulur.
Kompüterə qoşulubsa, cihazınızı doldurulma zamanı sinxronlaşdıra bilərsiniz.
8
İşə başlayın