Nokia C3-01

Page 6
background image
15 Kamera linzaları
16 Adapter birləşdiricisi
Optimal göstəriciləri təmin etmək üçün, misal üçün, displeyi və kamera linzasını örtən
qoruyucu örtüyü çıxardın.
SIM kart və batareyanının quraşdırılması
Mühüm: Mikro-SIM kart kimi tanınan mini-UICC SIM kartını, mikro-SIM kartını
adapter ilə və ya bu cihazda mini-UICC qoruyucusu (şəklə baxın) olan SIM kart ilə
istifadə etməyin. Mikro SIM kart standart SIM kartdan kiçikdir. Bu cihaz mikro-SIM
kartlardan istifadəni dəstəkləmir və uyğun olmayan SIM kartlardan istifadə karta və ya
cihaza zərər vura bilər və kartda saxlanmış məlumatları korlaya bilər.
Bu cihazın BL-5CT batareya ilə istifadə olunması nəzərdə tutulub. Həmişə orijinal
Nokia batareyalarından istifadə edin.
SIM kart və onun kontaktları asanlıqla çızıqlar və ya əyilmə nəticəsində zədələnə bilər,
o baxımdan, kartı daxil edərkən, toxunarkən və ya kənar edərkən ehtiyyatlı olun.
1 Qapaqı sürüşdürüb çıxardın. Əgər batareya daxildədirsə, batareyanı qaldırın.
2 SIM kart daxil edin. Kartın kontakt sahəsi üzüaşağı olmalıdır.
3 Batareyanın kontaktlarını və yerini bir-birinə uyğunlaşdırıb batareyanı daxil edin.
Arxa örtüyü dəyişmək üçün üst kilid tutacaqlarını onların oyuqlarına yönəldib örtük
yerini tutana qədər onu sürüşdürün.
6
İşə başlayın