Nokia C3-01

Page 55
background image
İstifadə olunmayan tapşırıq və məlumat əlaqələrini, məsələn WLAN və ya
Bluetooth əlaqəsini bağlayın.
Taçskrin və klaviatura tonu kimi lazımsız səsləri qeyri aktivləşdirin.
Tullantıların təkrar istifadəsi
Bu telefon istehlak müddətinin sonuna çatdıqda onun bütün materialları, materiallar və
enerji kimi yenidən bərpa oluna bilər. Düzgün utilizasiya və yenidən istifadəni təmin
etmək üçün Nokia tərəfdaşları ilə We:recycle adlı proqram çərçivəsində əməkdaşlıq
edir. 1Köhnə Nokia məhsullarınızı necə yenidən istifadə etməyə və toplanma yerlərini
tapmağa dair məlumat üçün www.nokia.com/werecycle ünvanına daxil olun və ya
Nokia Əlaqə Mərkəzinə zəng edin.
Siz qablaşdırma materiallarını və istifadəçi təlimatlarını öz yerli təkrar istifadə
qaydalarınıza uyğun olaraq təhvil verə bilərsiniz.
Məhsulunuzun, batareyanın üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya
qablaşdırma sizə xatırladır ki, bütün elektrik və elektronik məhsullar, batareyalar və
akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu tələb Avropa
İttifaqında tətbiq olunur. Bu məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarının
arasına yerləşdirməyin. Telefonunuzun ətraf mühitə təsir göstərdiyi xüsusiyyətləri
barədə əlavə məlumat əldə etmək üçün www.nokia.com/ecoprofile veb-səhifəsinə
keçin.
Məhsul və təhlükəsizlik üzrə məlumat
Batareya
Batareya və adapter barədə məlumat
Cihazınız BL-5CT təkrar doldurulan batareya ilə istifadə olunması nəzərdə tutulub. Nokia bu cihaza uyğun əlavə batareya
modelləri düzəldə bilər. Həmişə orijinal Nokia batareyalarından istifadə edin.
Bu cihaz üçün aşağıdakı adapterlər nəzərdə tutulmuşdur: AC-3, AC-8, AC-10, AC-11, AC-15 . Adapter modelinin dəqiq
nömrəsi E, X, AR, U, A, C, K və ya B ilə təyin olunan ştepselin növündən asılı olaraq müxtəlif ola bilər.
Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə rejimlərinin
vaxtı normal vaxtdan qısadırsa batareyanı dəyişin.
Məhsul və təhlükəsizlik üzrə məlumat
55