Nokia C3-01

Page 40
background image
Nokia-nın Ovi xidmətlərinə giriş
Menyu
 > 
Proqramlar
 > 
Əlavələr
 > 
Kolleksiya
 və istədiyiniz Ovi xidmətini seçin.
Nokia Ovi Suite haqqında
Nokia Ovi Suite proqramının köməyi ilə siz kontentinizi cihazınızda idarələyə və onu
kompyuterinizlə sinxronlaşdırılmış şəkildə saxlaya bilərsiniz.
Nokia Ovi Suite yüklənilməsi və haqqında ətraflı məlumat üçün www.ovi.com veb-
saytına keçin.
Nokia Ovi Pleyeri
Nokia-nın Ovi Pleyeri ilə siz musiqinizi səsləndirə və qaydaya sala bilər, musiqini Ovi
by Nokia xidmətindən yükləyə bilər, mahnıları və mahnı siyahılarını uyğun olan
kompüter və Nokia mobil cihazları arasında nüsxələyə və audio CD-lərinizi köçürə və
yaza bilərsiniz.
Musiqili kolleksiyanızı idarə etmək üçün Mənim musiqim tab-vərəqəsini açın. Siz Nokia
Ovi Pleyerinə bir neçə uyğun cihazı qoşa və cihazlarda saxlanılan musiqiyə baxa və
onu səsləndirə bilərsiniz.
Ovi by Nokia-da milyonlarla mahnıların nümunələrini dinləmək və həmin mahnıları
yükləmək üçün Ovi Musiqisi tab-vərəqəsini açın. Musiqini yükləmək üçün siz Nokia
hesabını yaratmalısınız.
Nokia Ovi Musiqi xidmətlərinin mümkünlüyü regiona görə fərqlənə bilər.
Vaxtın idarə edilməsi
Vaxtı və tarixi dəyişmək
Menyu
 > 
Parametrlər
 və 
Vaxt və tarix
 seçin.
Səyahətdə saat qurşağını dəyişmək
1 Seçin 
Vaxt və tar. prmtr.
 > 
Vaxt zonası:
.
2 Yerinizin saat qurşağını seçin.
3
Saxla
 seçin.
Vaxt və tarix saat qurşağına uyğun olaraq qurulur. Bu, cihazınızın ekranında qəbul
olunan mətn və multimedia mesajlarının göndərilmə vaxtının düzgün göstərilməsini
təmin edir.
Məsələn, GMT -5 Nyu York (ABŞ) üçün vaxt zonasını bildirir, 5 saat Qrinviç, London
(BK)-dən qərbə.
40
Vaxtın idarə edilməsi