Nokia C3-01

Page 57
background image
Uzunmüddətli istifadə zamanı cihaz isinə bilər. Əksər hallarda bu vəziyyət normaldır. Hər hansı cihaz düzgün işləmədikdə onu
təmir üçün yaxınlıqda yerləşən səlahiyyətli xidmət şəbəkəsinə aparın.
Təkrar emal
İstifadə edilmiş elektron məhsulları, batareyaları və qablaşdırma materiallarını həmişə təyin edilən toplama nöqtəsinə qaytarın.
Bu yolla siz tullantıların nəzarətsiz atılmasının qarşısını almağa və materialların təkrar emal etməsinə kömək edirsiniz.
Məhsulun ətraf mühitə təsiri və öz Nokia məhsulunuzu necə təkrar emal etdirəcəyiniz barədə məlumatı www.nokia.com/
werecycle, və ya mobil cihazla, nokia.mobi/werecycle.
Rəqəmli hüquqların idarəsi haqqında
Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin
şəxsi işlərinə və qanuni hüquqlarına hörmət edin. Müəlliflik hüquqlarının mühafizəsi şəkillərin, musiqi və digər məzmunlu
funksiyaların surətinin çıxarılmasına, dəyişdirilməsinə və ya köçürülməsinə mane ola bilər.
Sahiblərin geniş hissəsi müəllif hüquqları da daxil olmaqla, öz intellektual mülkünü qorumaq məqsədi ilə Rəqəmli hüquqlar
idarəsinin (RHİ) müxtəlif texnologiya növlərindən istifadə edə bilər. Bu cihaz RHİ tərəfindən qorunan tərkibə daxil olmaq üçün
RHİ proqramlarının müxtəlif növlərindən istifadə edir. Bu cihazla WMDRM 10, OMA DRM 1.0, OMA DRM 1.0 ötürmə kilidi və
OMA DRM 2.0 ilə qorunan tərkibə daxil ola bilərsiniz. Əgər hansısa RHİ proqramı tərkibi qoruya bilmirsə, onda tərkibin sahibləri
bu kimi RHİ proqramının yeni RHİ tərəfindən qorunan tərkibə daxil olmasının ləğv olunmasını tələb edə bilərlər. Bu kimi RHİ
proqramının ləğv edilməsi artıq sizin cihazınızda RHİ tərəfindən qorunan tərkibin yeniləşməsinin qarşısını ala bilər. Belə RHİ
proqramının ləğvi RHİ başqa növləri tərəfindən qorunan digər tərkiblərin istifadəsinə, və ya RHİ tərəfindən qorunmayan
tərkiblərə təsir etməyəcək.
Rəqəmli hüquqların idarəsi (RHİ) tərəfindən qorunan tərkib müvafiq lisenziya ilə müşahidə olunur ki, bu da tərkibdən istifadə
etmək üçün Sizin hüquqlarınızı müəyyənləşdirir.
Cihazınız OMA DRM ilə qorunan tərkibə sahibdirsə, lisenziyaların və tərkibin nüsxəsini çıxarmaq üçün Nokia Ovi Suite
proqramının nüsxə çıxarma funksiyasından istifadə edin.
Digər ötürmə metodları ola bilsin ki, cihazın yaddaşını formatladıqdan sonra sizin OMA RHİ ilə qorunan tərkibdən istifadəni
davam edə bilməniz üçün tərkiblə bərpa ediləsi lisenziyaları köçürməsin. Siz həmçinin cihazınızdakı faylların pozulduğu
təqdirdə lisenziyaları bərpa etməli ola bilərsiniz.
Əgər sizin cihazda WMDRM qorunan tərkib varsa, cihaz yaddaşının formatlanması zamanı lisenziyalar və tərkib itiriləcək. Siz
həmçinin cihazınızdakı faylların pozulduğu təqdirdə lisenziyalar və tərkibdən də məhrum ola bilərsiniz. Lisenziyalar və ya
tərkibin itirilməsi Sizin cihazınızda həmin tərkibdən təkrar istifadə etmək imkanınızı məhdudlaşdıra bilər. Daha geniş məlumat
almaq üçün Sizə xidmət göstərən müəssisə ilə əlaqə saxlayın.
Bəzi lisenziyalar xüsusi SIM karta qoşulu ola bilər və yalnız SIM kart cihaza daxil edilərsə qorunan tərkibə daxil olmaq olar.
Əlavə təhlükəsizlik məlumatı
Nikel
Qeyd: Bu cihazın səthi nikel örtüyünə malik deyildir. Bu cihazın səthi paslanmayan poladdan ibarətdir.
Kiçik uşaqlar
Sizin cihazınız və onun aksesuarları oyuncaq deyil. Onlar kiçik hissələrdən ibarət ola bilər. Onları kiçik uşaqların əli çatmadığı
yerdə saxlayın.
İş mühiti
Bu cihaz RT-yə məruz qalma ilə bağlı təlimatlara qulaqda normal istifadə vəziyyəti zamanı və ya ən azı 1,5 santimetrdən (5/8
düym) bədəndən uzaq olduqda cavab verir. Üstünüzdə gəzdirmək üçün daşıma qabı, kəmər qısqacı və ya tutqacda metal
tərkibli olmamalı və bədəninizdən yuxarıda göstərilən məsafədə uzaq olmalıdır.
Məhsul və təhlükəsizlik üzrə məlumat
57