Nokia C3-01

Page 58
background image
Məlumat faylları və ya mesajların ötürülməsi keyfiyyətli şəbəkə bağlantısı tələb edir. Məlumat faylları və mesajları belə bağlantı
yaranana qədər ləngiyə bilər. Ötürülmə tamamlanana qədər ayrılma məsafəsinə dair təlimatlara riayət edin.
Tibbi cihazlar
Simsiz telefonlar da daxil olmaqla radio ötürücü avadanlığın işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının
funksionalığına təsir edə bilər. Tibb cihazlarının xarici RF enerjisindən müvafiq şəkildə mühafizə edildiyini müəyyənləşdirmək
üçün həkimlə və ya tibb cihazının istehsalçısı ilə məsləhətləşin. Təlimatlarda göstərilirsə, cihazınızı məsələn, xəstəxanalarda
söndürün.
İmplantasiya edilmiş tibbi cihazlar
Tibbi cihazların istehsalçıları məsləhət görür ki, tibbi cihazla ehtimal müdaxiləni aradan qaldırmaq üçün nəbzölçən və ya
implantasiya edilmiş kardiyo defibrilyasiya cihazı ilə simsiz cihaz arasında minimum 15.3 sm (6 düym) məsafə olmalıdır. Belə
cihazları olan şəxslər bunları etməlidirlər:
Həmişə simsiz cihazları tibbi cihazdan 15.3 santimetrdən (6 düym) çox məsafədə saxlayın.
Cihaz döş cibində daşımamalıdır.
Simsiz cihazı tibbi cihazdan əks tərəfdə qulağa taxın.
Müdaxilə olduğuna dair hər hansı şübhə yaranarsa, simsiz cihazı söndürün.
İmplantasiya edilmiş tibbi cihazlar üçün istehsalçının təlimatlarına əməl edin.
Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız varsa, həkiminizə müraciət edin.
Eşitmə
Xəbərdarlıq:
Qulaqlıqların istifadə edilməsi sizin xarici səsləri eşitmək imkanınıza təsir edə bilər. Sizin təhlükəsizliyiniz üçün təhlükəli olan
yerlərdə qulaqlıqları istifadə etməyin.
Bəzi simsiz cihazlar bəzi eşitmə cihazlarının fəaliyyətinə təsir edə bilər.
Avtomobillər
Radio siqnalları elektron yanacaq injektor sistemləri, elektron antikilidləmə əyləc sistemləri, elektron sürət tənzimləyici
sistemlər və hava yastığı sistemləri kimi avtomobillərdə düzgün quraşdırılmayan və ya lazımi qaydada qurulmayan elektron
sistemlərə təsir göstərə bilər. Ətraflı məlumat üçün avtomobilinizin və ya onun avadanlığının istehsalçısı ilə əlaqə saxlayın.
Cihazı ancaq ixtisaslı şəxslər avtomobildə quraşdırmalıdır. Yalnış quraşdırılma və ya xidmət təhlükəli ola bilər və sizin
zəmanətinizi etibarsız edə bilər. Mütəmadi olaraq avtomobilinizə quraşdırılan cihazın düzgün quraşdırıldığı və işlədiyini
yoxlayın. Cihaz, onun hissələri və ya aksessuarları ilə eyni bölmədə alışan mayelər, qazlar və ya partlayıcı maddələri
saxlamayın və ya daşımayın. Unutmayın ki, hava yastıqları böyük qüvvə ilə açılır. Cihazınızı və ya aksessuarları hava
yasrığının açıldığı hissələrə yerləşdirməyin.
Təyyarəyə minməzdən əvvəl cihazı söndürün. Təyyarədə simsiz cihazlardan istifadə təyyarənin işləməsi üçün təhlükəli və
qeyri-qanuni ola bilər.
Potensial partlayıcı mühit
Mümkün partlayış ola biləcək hər hansı mühitlərdə cihazınızı söndürün. Dərc olunmuş bütün təlimatlara əməl edin. Belə
ərazilərdə qığılcımlar bədən xəsarəti və ya ölümlə nəticələnən partlamaya yaxud yanğına səbəb ola bilər . Telefonu xidmət
stansiyalarında olan qaz nasosları kimi yanacaq stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama
məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə məhdudiyyətlərə riayət edin. Potensial
partlayış atmosferi olan ərazilər həmişə olmasa da çox vaxt aşkar qeyd edilirlər. Buraya nəqliyyat vasitənizin matorunu
söndürülməsi məsləhət görülən ərazilər, qayıqlarda göyərtədən aşağı hissə, kimyəvi maddələrin ötürüldüyü və ya saxlandığı
58
Məhsul və təhlükəsizlik üzrə məlumat