Nokia C3-01

Page 59
background image
binalar daxildir, belə yerlərdə havada kimyəvi maddələr və atom, toz, və ya metal tozları kimi hissəciklər olur. Maye qazla
işləyən avtomobil istehsalçılarına bu cihazın həmin avtomobillərin yaxınlığında istifadə eilib edilməyəcəyini soruşmalısınız.
Təcili yardım zənginin edilməsi
1
Cihazın işlək vəziyyətdə olmasını təmin edin.
2
Müvafiq siqnal intensivliyini yoxlayın. Siz həmçinin aşağıdakıları etməli ola bilərsiniz:
SIM kart daxil edin.
Cihazınız üçün aktivləşdirdiyiniz zənglərin qadağan edilməsi, müəyyən nömrələrin yığılması və ya bağlı istifadəçi
qrupu kimi zəng məhdudiyyətlərini ləğv edin.
Oflayn və ya uçuş profilinin aktiv olmadığından əmin olun.
Cihaz ekranı və düymələri kilidlənibsə, onların kilidini açın.
3
Əsas ekranı görünənə kimi davamlı olaraq bitirmə düyməsini basın.
4
Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq fərqlənir.
5
Zəng düyməsini basın.
6
Tələb olunan məlumatı mümkün qədər dəqiq verin. İcazə verilənədək zəngi bitirməyin.
Mühüm: Cihazınız internet zənglərini dəstəkləyirsə, həm mobil zəngləri, həm də internet zənglərini aktivləşdirin.
Cihaz həm mobil şəbəkə, həm də internet zəng xidməti provayderiniz ilə təcili zəng etməyə çalışa bilər. Hər şəraitdə bağlantıya
təminat verilmir. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün heç vaxt yalnız simsiz cihaza etibar etməyin.
Cihazınızı zərərli tərkibdən qoruyun.
Cihazınız viruslara və digər zərərli tərkblərə məruz qala bilər. Aşağıdakı ehtiyat tədbirlərini həyata keçirin:
Mesajları açarkən ehtiyatlı olun. Onlar zərərli proqramlar ehtiva edə bilər və ya cihazınız və ya kompüteriniz üçün zərərli
ola bilər.
Bağlantı sorğularını qəbul edərkən, interneti gözdən keçirərkən və ya tərkib yükləyərkən ehtiyatlı olun. Etibar etmədiyiniz
mənbələrdən Bluetooth əlaqəsini qəbul etməyin.
Yalnız etibar etdiyiniz və müvafiq təhlükəsizlik və təminat təklif edən mənbələrin xidmətlərini istifadə edin və
proqramlarını quraşdırın.
Cihazınıza və qoşulan hər hansı digər kompüterə antivirus və digər təhlükəsizlik proqramını yükləyin. Eyni zamanda
yalnız bir antivirus proqramı istifadə edin. Daha çoxundan istifadə cihazın və ya kompüterin fəaliyyətinə və əməliyyatına
təsir edə bilər.
Cihazınızda üçüncü tərəf internet saytlarına əvvəlcədən qurulan əlfəcinlərə və bəndlərə daxil olsanız, ehtiyat tədbirlərini
həyata keçirin. Nokia belə saytlar üçün heç bir məsuliyyət daşımır.
Sertifikat barədə məlumat (SAR)
Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına cavab verir.
Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş radio tezliyinə
məruz qalma limitlərini aşmayan cihaz kimi hazırlanmış və istehsal edilmişdir. Bu təlimatlar İCNİRP müstəqil elmi təşkilat
tərəfindən yaradılıb, belə ki, yaş həddi və sağlamlıq nəzərə alınmadan, hər bir kəsin müdafiəsini təmin etmək üçün hazırlanan
təhlükəsizlik qaydalarından ibarətdir.
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (SAR) kimi tanınan ölçü vahidi istifadə edilir. ICNIRP
təşkilatının təlimatında göstərilmiş SAR həddi 2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. SAR üçün testlər bütün
sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc səviyyəsində məlumatı ötürərkən standart iş
vəziyyətində keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq
şəbəkə ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin şəbəkə
baza stansiyasına nə qədər yaxın məsafədə olmağınızdan asılıdır.
Məhsul və təhlükəsizlik üzrə məlumat
59