Nokia C3-01

Page 36
background image
Bluetooth-dan təhlükəsiz istifadə
Bluetooth-dan istifadə etdiyiniz zaman cihazınızın görünməsini qurmaq istəyirsiniz?
Siz cihazınızın kim tərəfindən tapılmasını və ona qoşulmanı nəzarətdə saxlaya
bilərsiniz.
Menyu
 > 
Parametrlər
 > 
Bağlana bilmə
 > 
Bluetooth
 seç.
Cihazın aşkarlanmasının qarşısını almaq
Telef. görünməsi
 > 
Gizlidir
 seç.
Cihazınız gizli olduğu zaman digərləri onu aşkarlaya bilməz. Lakin cütləşmiş cihazlar
cihazınıza hələ də qoşula bilər.
Bluetooth-u deaktiv etmək
Bluetooth
 > 
Söndür
 seç.
Naməlum cihazla cütləşməyin və onun bağlantı sorğularını qəbul etməyin. Bununla siz
cihazınızı zərərli məzmundan qoruyursunuz.
USB məlumat kabeli
Şəkil və ya digər kontenti cihazınız və kompüter arasında köçürmək
Siz şəkillərinizi, videolarınızı, musiqi və digər məzmunu cihazınız və uyğun kompüter
arasında köçürmək üçün USB məlumat kabelindən istifadə edə bilərsiniz.
1 Cihazınızı kompyuterə qoşmaq üçün müvafiq USB kabelindən istifadə edin.
2 Aşağıdakılardan seçin:
Nokia Ovi Suite  — Kompüterinizdə Nokia Ovi Suite quraşdırılıbsa, bu rejimdən
istifadə edin.
Media köçürmə  — Kompüterinizdə Nokia Ovi Suite quraşdırılmayıbsa, bu
rejimdən istifadə edin. Cihazınız ev əyləncə sistemi və ya printerə qoşmaq
ıstəyirsinizsə, bu rejimdən istifadə edin.
Məlumat saxlama  — Kompüterinizdə Nokia Ovi Suite quraşdırılmayıbsa, bu
rejimdən istifadə edin. Cihaz kompüterinizdə portativ cihaz kimi görünür. Cihazınızı
başqa bir cihaza, məsələn, ev və ya avtomobil stereosuna qoşmaq istəyirsinizsə,
bu rejimdən istifadə edin.
3 Məzmunu köçürmək üçün kompüterin fayl menecerindən istifadə edin.
Cihazınız və USB yaddaş çubuğu arasında şəkil və ya digər məzmunu köçürmək
Siz şəkillərinizi cihazınızdan uyğun USB yaddaş çubuğuna köçürə bilərsiniz. Səyahət
zamanı çəkdiyiniz şəkillərin ehtiyat nüsxələrini yaratmaq üçün bundan istifadə edin.
1 Uyğun USB OTG adapter kabelini cihazınızın USB portuna qoşun.
36
Bağlantı