Nokia C3-01

Page 23
background image
Sürətli yığımdan istifadə
Ən çox istifadə etdiyiniz telefon nömrələrini cihazınızın rəqəm düymələrinə təyin
etdiyiniz zaman siz dostlarınıza və ailənizə tez zəng edə bilərsiniz.
Menyu
 > 
Kontaktlar
 > 
Tez zənglər
 seçin.
Telefon nömrəni rəqəm düyməsinə təyin etmək
1 Rəqəm düyməsini seçin. 1 səs poçtunun qutusu üçün saxlanılıb.
2 Nömrəni daxil edin yaxud kontaktı axtarın.
Rəqəm düyməsinə təyin olunmuş telefon nömrəsini silmək və ya dəyişmək
Rəqəm düyməsini basıb saxlayın və peyda olan menyudan 
Sil
 yaxud 
Dəyişdir
 seçin.
Zəng etmək
İş masasında istədiyiniz rəqəm düyməsini basıb saxlayın.
Sürətli yığımı söndürmək
Menyu
 > 
Parametrlər
 seçin və 
Zəng et
 > 
Tez zəng
.
Əlaqə məlumatınızı göndərmək
Bir az əvvəl tanış olduğunuz şəxsə telefon nömrənizi yaxud poçt ünvanınızı göndərmək
istəyirsiniz? Öz əlaqə məlumatınızı kontaktlar siyahınıza əlavə edin və həmin şəxsə
vizitkanızı göndərin.
Menyu
 > 
Kontaktlar
 və 
Adlar
 seçin.
1 Daxilində məlumatınız olan kontaktlar siyahısının elementini seçin.
2
Biznes kart
 və göndərmə növünü seçin.
Qəbul olunmuş vizitkanı saxlamaq
Seçin 
Göstər
 > 
Saxla
.
Kontakt qrupunu yaratmaq
Əgər siz ailə üzvlərinizi və ya dostlarınızı kontakt qrupuna əlavə etsəniz, siz asanlıqla
onların hamısına eyni zamanda mesaj göndərə bilərsiniz.
Menyu
 > 
Kontaktlar
 seç.
1
Qruplar
 > 
Əlavə et
 seç.
2 Qrupun adını daxil edin, istədiyiniz halda şəkil və zəng melodiyasını seçin və 
Saxla
seçin.
3 Kontaktları qrupa əlavə etmək üçün qrupu və 
Əlavə et
 seçin.
Kontaktlar
23