Nokia C3-01

Page 35
background image
3 Qoşulma üçün cihazı seçin. Əgər istədiyiniz cihaz göstərilməyibsə, onu axtarmaq
üçün 
Yeni axtarış
 seçin. Əhatə dairəsində olan Bluetooth cihazları göstərilir.
4 Əgər digər cihaz keçid kodunu tələb edirsə, onu daxil edin. Özünüz təyin edə
biləcəyiniz keçid kodu hər iki cihazda daxil olunmalıdır. Bəzi cihazlarda keçid kodu
sabitdir. Ətraflı məlumat üçün cihazın istifadəçi təlimatına baxın.
Keçid kodu yalnız cari bağlantı üçün etibarlıdır.
Uzaq SIM rejimi vasitəsilə avtomobil qarnituruna qoşulmaq
Uzaq SIM rejiminin vasitəsilə uyğun olan avtomobil qarnituru cihazınızın SIM kartından
istifadə edə bilər.
Menyu
 > 
Parametrlər
 > 
Bağlana bilmə
 > 
Bluetooth
 seçin.
Uzaq SIM rejimini aktiv etməzdən əvvəl siz ilk növbədə cihazınızı və avtomobil
qarniturunu cütləşdirməlisiniz.
1 Cihazınızda Bluetooth-u aktivləşdirmək üçün 
Bluetooth
 > 
Yandır
 seçin.
2 Avtomobil qarniturunda Bluetooth-u aktiv edin.
3 Cihazınızın ekranında olan göstərişlərə əməl edin.
Uzaq SIM rejimində mobil şəbəkəyə yalnız avtomobil qarnituru qoşulur.
Uzaqdan idarə olunan SIM rejimində zəng etmək və ya zəngləri qəbul etmək üçün
maşın üçün dəst kimi qoşulu uyğun aksessuarınız olmalıdır.
Bu rejimdə cihazınız yalnız təcili yardım zənglərinə icazə verəcək.
Avtomobil qarnituru söndüyü zaman, məsələn, siz avtomobilin mühərrikini
söndürdüyünüz vaxt uzaq SIM rejimi avtomatik şəkildə sönür.
Uzaq SIM rejimini əl rejimində söndürmək
1
Cütlənmiş qurğ-r
 seçin.
2 İlk öncə avtomobil qarniturunu, sonra isə peyda olan menyudan 
Cütləməni sil
seçin.
Cütləşmiş cihaza avtomatik qoşulma
Siz cihazınızı mütəmadi olaraq avtomobil qarnituru, qulaqlıq yaxud kompüteriniz kimi
digər Bluetooth cihazına qoşmaq istəyirsiniz? Siz cihazınızı avtomatik qoşulma üçün
qura bilərsiniz.
Menyu
 > 
Parametrlər
 > 
Bağlana bilmə
 > 
Bluetooth
 və 
Cütlənmiş qurğ-r
 seçin.
1 Avtomatik qoşulma üçün cihazı seçin.
2 Peyda olan menyuda 
Parametrlər
 > 
Avto-qoşulma
 > 
Bəli
 seçin.
Bağlantı
35