Nokia 1680 classic

Page 11
background image
1. Ümumi məlumat
Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilmiş simsiz cihaz GSM 900 və 1800
şəbəkələrində istifadə üçün təsdiq edilmişdir. Şəbəkələr
barədə daha ətraflı məlumat üçün xidmət təminatçınızla
əlaqə saxlayın.
Bu cihazdakı funksiyalardan istifadə edərkən bütün
qanunlara riayət edin və müəllif hüquqları da daxil
olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və
qanuni hüquqlarına hörmət edin.
Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin,
zəng signalları melodiyalarının və digər məzmunlu
funksiyaların surətinin çıxarılmasına, dəyişdirilməsinə və
ya köçürülməsinə mane ola bilər.
Xəbərdarlıq:  Zəngli saat istisna olmaqla bu cihazın
bütün imkanlarının istifadəsi üçün telefon işə salınmalıdır.
Simsiz cihaz maneə və ya təhlükə törədə biləcəyi yerlərdə
telefonu işə salmayın.
Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət
provayderinə ehtiyacınız var. Xüsusiyyətlərin çoxu xüsusi
şəbəkə xüsusiyyətləri tələb edir. Bu xüsusiyyətlər bütün
şəbəkələrdə mövcud olmur; digər şəbəkələr tələb edə
© 2008 Nokia. Bütün hüquqlar qorunur
11