Nokia 1680 classic

Page 47
background image
Telefonun parametrlərini xidmət mesajların qəbulu üçün
qurmaq üçün seçin Menyu > İnternet > Parametrlər >
Servis poçtu parametrləri > Servis mesajları >
Aktivləşdir.
Brauzer təhlükəsizliyi
Bank əməliyyatları və ya şəbəkə daxilində alış-veriş kimi
müəyyən xidmətlər üçün təhlükəsizlik xüsusiyyətləri tələb
oluna bilərlər. Bu növ qoşulmalar üçün sizə təhlükəsizlik
sertifikatları və, ola bilsin ki, SİM kartınızda mövcud olan
təhlükəsizlik modulu tələb oluna bilər. Daha ətraflı
məlumat almaq üçün xidmət təminatçınızla əlaqə
saxlayın.
16. SİM xidmətləri
Sizin SİM kart istifadə edə biləcəyiniz əlavə xidmətləri
təmin edə bilər. Bu menyuya yalnız sizin SİM kart
tərəfindən dəstəkləndikdə daxil ola bilərsiniz. Menyunun
adı və məzmunu mövcud olan xidmətlərdən asılıdır.
SİM kartla bağlı xidmətlərin mövcudluğu və məlumat üçün
Sizin SIM kart satıcısı ilə əlaqə saxlayın. Bu satıcı xidmət
provayderi, şəbəkə operatoru və digər subyekt ola bilər.
SİM xidmətləri
© 2008 Nokia. Bütün hüquqlar qorunur
47