Nokia 1680 classic

Page 60
background image
edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə
olmasa da çox vaxt aşkar qeyd edilirlər. Bunlara
qayıqlarda göyərtənin aşağısı, kimyəvi maddə daşıma və
ya saxlama yerləri və havada toz, metal tozları və ya
müxtəlif kimyəvi hissəciklər olan yerlər daxildir. Maye
qazla işləyən avtomobil istehsalçılarına bu cihazın həmin
avtomobillərin yaxınlığında istifadə eilib edilməyəcəyini
soruşmalısınız.
Təcili yardım zəngləri
Mühüm:  Bu cihaz da daxil olmaqla simsiz telefonlar
radio siqnalları, simsiz şəbəkələri, daxili əlaqə xəttləri
şəbəkələrini və istifadəçi üçün proqramlaşdırılmış
funksiyaları istifadə edərək işləyir. Bununla bağlı olaraq
hər bir şəraitdə əlaqələrə zəmanət verilə bilməz. Təcili
tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız
simsiz cihaza etibar etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
1. Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq
siqnal intensivliyini yoxlayın.
Müəyyən şəbəkələr qüvvədə olan SİM kartının cihaza
düzgün salınmasını tələb edə bilər.
2. Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək
üçün lazım olan qədər başa çatdırma düyməsini basın.
Təhlükəsizliklə bağlı əlavə məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
60