Nokia 1680 classic

Page 20
background image
SİM kartsız işləyir
Telefonun Orqanayzer funksiyaları və oyunlar kimi bəzi
funksiyaları SIM kart daxil edilmədən istifadə edilə bilər.
Bəzi funksiyalar menyularda tutqun görünür və onlardan
istifadə etmək mümkün deyil.
3. Zənglər
Zəng etmək və zəngə cavab vermək
Zəng etmək üçün telefon nömrəni, ehtiyac varsa həmçinin
ölkə və sahə kodu ilə birgə, daxil edin. Nömrəyə zəng
etmək üçün zəng düyməsini basın. Zəng zamanı
dinamikin və ya qulağcıqın səs yüksəkliyini artırmaq üçün
sağa və azaltmaq üçün sola diyirləyin.
Daxil olan zəngi qəbul etmək üçün, zəng düyməsini basın.
Zəngdən cavab vermədən imtina etmək üçün tamamlama
düyməsini basın.
Səsucaldan
Əgər mümkündürsə, siz zəng zamanı ucadanışandan
yaxud qulağcıqdan istifadə etmək üçün Səsuc. və ya
Normal seçə bilərsiz.
Xəbərdarlıq:  Mikrofon istifadə edildikdə cihazı
qulağınıza yaxın tutmayın, çünki səs dərəcəsi çox yüksək
ola bilər.
Zənglər
© 2008 Nokia. Bütün hüquqlar qorunur
20