Nokia 1680 classic

Page 48
background image
17. Batareya haqqında məlumat
Batareyanın doldurulması bə
boşaldılması
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir.
Batareya yüzlərlə dəfə doldurula və boşaldıla bilər lakin
vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və gözləmə
rejimlərinin vaxtı normal vaxtdan qısadırsa batareyanı
dəyişin. Yalnız Nokia tərəfindən təsdiq edilmiş
batareyaları istifadə edin və batareyanızın doldurulması
üçün yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon
üçün nəzərdə tutulmuş batareya dolduran qurğuları
istifadə edin.
Batareya ilk dəfə dəyişdirilərkən və ya batareya uzun
müddət istifadə edilmədikdə enerji qurğusunu cihaza
birləşdirmək, sonra ayırmaq və batareyanın
doldurulmasının başlanması üçün təkrar birləşdirmək
tələb oluna bilər.
Batareyanı dolduran qurğu istifadə edilmədikdə, onu
elektrik rozetkadan və telefondan ayırın. Tam doldurulmuş
batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki
normadan artıq batareyanın doldurulması onun istehlak
müddətini qısalda bilər. İstifadə edilmədikdə tam
doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
Batareya haqqında məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
48