Nokia 1680 classic

Page 46
background image
● Simvol şifrələmə  — Brauzer səhifəsinin məzmununa
şifrələmə təyin etmək üçün İçindəkilər şifrələnir seçin.
Keş yaddaş
Keş məlumatın müvəqqəti mühafizə edilməsi üçün istifadə
edilən yaddaş yeridir. Əgər siz parol tələb edən məxfi
məlumata çıxmağa cəhd göstərmişsinizsə və ya
çıxmışsınızsa hər istifadədən sonra keş yaddaşı
təmizləyin. Girişi əldə etdiyiniz məlumat və ya xidmət keş
yaddaşında saxlanılır.
Axtarış zamanı keşi təmizləmək üçün Seçim > Digər
seçimlər > Keşi sil seçin. Telefonun kukilərin qəbulunu
qadağan etmək yaxud onların qəbuluna icazə vermək
üçün İnternet səhifələrinə baxım zamanı seçin Seçiml. >
Digər seçimlər > Təhlükəsizlik > Kuki parametrləri;
yaxud gözləmə rejimində seçin Menyu > İnternet >
Parametrlər > Təhlükəsizlik parametrləri > Kukilər.
Gələn xidmət məktubların qutusu
Sizin xidmət təminatçınız xidmət mesajlarını birbaşa sizin
telefonunuza göndərə bilər (şəbəkə xidməti). Xidmət
mesajları daxilində mətn mesajı və ya xidmətin ünvanı
olan bildirişlərdirlər (məsələn, xəbər başlıqları).
Xidmət mesajını oxumaq üçün seçin Göstər. Əgər siz
Çıx seçsəniz, mesaj Servis poçtu köçürüləcək.
İnternet
© 2008 Nokia. Bütün hüquqlar qorunur
46