Nokia 1680 classic

Page 57
background image
Tibbi cihazlar
Radio ötürücü avadanlığın, o cümlədən simsiz telefonların
işlədilməsi qeyri-müvafiq mühafizə edilən tibb cihazlarının
funksionalığına təsir edə bilər. Tibb cihazlarının lazımi
qaydada RF enerjisindən qorunduğunu müəyyən etmək
və istənilən suallarla bağlı həkim və tibb cihazının
istehsalçısına müraciət edin. Əgər tibbi avadanlıqlar
yerləşən məkanda telefon aparatını söndürmək tövsiyyəsi
barədə elan vurulubsa, bu tələbə əməl etmək lazımdır.
Xəstəxanalar və tibb müəssisələri xarici RF enerjisinə
həssas olan avadanlıqdan istifadə edə bilər.
İmplantasiya edilmiş tibbi cihazlar
Tibbi cihazların istehsalçıları məsləhət görür ki, tibbi
cihazla ehtimal müdaxiləni aradan qaldırmaq üçün
nəbzölçən və ya implantasiya edilmiş kardiyo
defibrilyasiya cihazı ilə simsiz cihaz arasında minimum
15.3 sm məsafə olmalıdır. Belə cihazları olan şəxslər
bunları etməlidirlər:
● Simsiz cihaz işə salındıqda tibbi cihazla onun arasında
minimum 15.3 sm məsafə saxlamalıdırlar.
● Cihazı döş cibində daşımayın.
● Ehtimal müdaxiləni azaltmaq üçün simsiz cihazı tibbi
cihaz olmayan tərəfdəki qulağa tutmalıdırlar.
● Müdaxilə olduğuna dair şübhə yaranarsa, dərhal simsiz
cihazı söndürməlidirlər.
Təhlükəsizliklə bağlı əlavə məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
57