Nokia 1680 classic

Page 55
background image
hər hansı aksessuara şamil edilir. Hər hansı cihaz düzgün
işləmədikdə onu təmir üçün yaxınlıqda yerləşən
səlahiyyətli xidmət şəbəkəsinə aparın.
Tullanması
Məhsulunuzun, kitabçanın və ya qablaşdırmanın
üzərindəki üstündən xətt çəkilən təkərli zibil qutusu
şəkli sizə xatırladır ki, Avropa İttifaqında bütün
elektrik və elektronik məhsullar, batareyalar və
akumulyatorlar istifadə müddətləri bitdikdə ayrıca toplama
yerlərinə aparılmalıdır. Bu məhsulları çeşidləndirilməmiş
bələdiyyə tullantılarının arasına yerləşdirməyin.
Nəzarətsiz tullantılar nəticəsində ətraf mühitə və ya insan
sağlamlığına zərər vurmanın qarşısını almaq və material
resurslarının yenidən istifadə edilə bilməsi üçün
məhsulları toplama məntəqələrinə aparın. Toplama
barədə məlumatı pərakəndə satıcıdan, yerli tullantı üzrə
idarələrdən, milli istehsalçıya nəzarət edən təşkilatlardan
və ya yerli Nokia nümayəndəliyindən əldə edə bilərsiniz.
Ətraflı məlumat üçün məhsulun Eko-Bəyannaməsinə və
ya ölkəyə xas məlumatlara bu ünvandan baxın
Baxım və texniki qulluq
© 2008 Nokia. Bütün hüquqlar qorunur
55