Nokia 1680 classic

Page 61
background image
3. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil
edin. Təcili yardım nömrələri ərazidən asılı olaraq
fərqlənir.
4. Zəng düyməsini basın.
Müəyyən elementlər istifadə edildikdə təcili zəng
etməzdən əvvəl həmin elementlərin söndürülməsi tələb
oluna bilər. Daha ətraflı məlumat üçün bu təlimata və ya
xidmət provayderinizə müraciət edin.
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı
mümkün qədər dəqiq verin. Hadisə yerində sizin simsiz
cihazınız yeganə kommunikasıya vasitəsi ola bilər. İcazə
verilənədək zəngi bitirməyin.
SERTİFİKATLAŞDIRMA MƏLUMATI
(XAD)
Bu mobil cihaz radio dalğalara məruz qalma təlimatlarına
cavab verir.
Sizin mobil telefon radio qəbul ötürücüsü və edicisidir. Bu
cihaz beynəlxalq qaydalar tərəfindən tövsiyyə edilmiş
radio tezliyinə məruz qalma limitlərini aşmayan cihaz kimi
hazırlanmış və istehsal edilmişdir. Bu Rəhbər prinsiplər
İCNİRP müstəqil elmi təşkilat tərəfindən yaradılıb, belə ki,
yaş həddi və sağlamlıq keyfiyyətləri nəzərə alınmadan,
hər bir kəsin müdafiəsini təmin etmək üçün hazırlanan
təhlükəsizlik qaydalarından ibarətdir.
Təhlükəsizliklə bağlı əlavə məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
61