Nokia 1680 classic

Page 56
background image
Təhlükəsizliklə bağlı əlavə məlumat
Kiçik uşaqlar
Sizin cihazda və aksessuarlarda xırda hissələr ola bilər.
Onları kiçik uşaqların əli çatmadığı yerdə saxlayın.
İş mühiti
Bu qurğu, normal istifadə zamanı qulağa qoyulduqda,
həmçinin bədəndən ən azı 2,2 santimetr (7/8 düym)
məsafədə olduqda belə radiotezliklərin təsiri haqda rəhbər
göstərişlərin tələblərini ödəmək iqtidarındadır. Bədən
üzərində daşınmaq üçün diplomat, kəmər sıxacı və
tutacaq istifadə edilirsə bu əşyalarda metal olmamalı və
cihaz bədəndən yuxarıda qeyd edilən məsafədə
yerləşdirilməlidir.
Məlumat fayllarını və ya mesajları göndərmək üçün bu
cihaz şəbəkə ilə keyfiyyətli əlaqəni tələb edir. Müəyyən
hallarda belə əlaqə təmin edilməyincə faylların və ya
mesajların göndərilməsi ləngidilə bilər. Məlumatın
göndərilməsi bitənə qədər əmin olun ki, yuxarıda
göstərilən ayırma məsafəsinə riayət edilir.
Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya təsir
edə bilər. Kredit kartlarını və digər maqnit daşıyan
vasitələri cihazın yanında qoymayın, çünki onlarda olan
məlumat silinə bilər.
Təhlükəsizliklə bağlı əlavə məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
56