Nokia 1680 classic

Page 25
background image
parametrləri > Mətn mesajları > Mesaj mərkəzləri >
Mərkəz əlavə et seçin, adı və servis təminatçınızdan
nömrəni daxil edin.
Multimediya mesajları və multimediya plyus
mesajları
Multimediya mesajı (MMS) mətn, şəkillər, səs klipləri və
video kliplərdən ibarət ola bilər. Multimediya plyus mesajı
da həmçinin istənilən məzmundan ibarət ola bilər, hətta
telefonunuz tərəfindən dəstəklənməyən fayllar.
Yalnız müvafiq elementləri olan cihazlar multimediya
mesajlarını qəbul edə və ekranda nümayiş edə bilər.
Mesajın görünüşü qəbul edən cihazdan asılı olaraq fərqli
ola bilər.
Simsiz şəbəkə MMS mesajlarının ölçüsünü
məhdudlaşdıra bilər. Daxil edilmiş şəkil bu limiti aşırsa
cihaz onu MMS-lə göndərilə biləcək ölçüyə qədər
balacalaşdıra bilər.
Mühüm:  Mesajları açarkən ehtiyyat tədbirləri görün.
E-poçt mesajları təhlükəli proqramları daşıya bilər və ya
başqa çür sizin cihaza və ya kompyüterə zərərli ola bilər.
Multimediya mesaj servisinin (MMS) mövcudluğu və ona
abunə olmaqla əlaqədar, xidmət təminatçınız ilə əlaqə
saxlayın. Siz həmçinin konfiqurasiya parametrlərini
yükləyə bilərsiniz. 
Mesaj xidmətləri
© 2008 Nokia. Bütün hüquqlar qorunur
25