Nokia 1680 classic

Page 54
background image
● Cihazı yerə salmayın, taqqıldatmayın və ya
silkələməyin. Kobud rəftar daxili montaj platasını və
dəqiq mexanika elementlərini qıra bilər.
● Cihazın təmizlənməsi üçün sərt kimyəvi
preparatlardan, təmizləyici həlledicilərdən və ya güclü
tozlardan istifadə etməyin.
● Cihazı rəngləməyin. Rəng hərəkət edən hissələri
tıxaya və müvafiq əməliyyatlara mane ola bilər.
● Kamera, yaxınlaşdırıcı qurğu, və fotodetektor linzaları
kimi optik şüşələrin təmizlənməsi üçün yumşaq, quru
parça istifadə edin.
● Yalnız təchiz və ya təsdiq edilmiş əvəzedici
antenalardan istifadə edin. Qadağan edilmiş
antenaların, modifikasiyaların və ya aksessuarların
istifadəsi sizin cihazı zədələyə bilər və radio
cihazlarının istifadəsini tənzimləyən qaydaların
pozulmasına səbəb ola bilər.
● Batareyanı bağlı otaqda doldurun.
● Cihazınızı xidmət şəbəkəsinə göndərdikdə həmişə
saxlamaq istədiyiniz məlumatın (əlaqələr və təqvim
qeydləri kimi) surətini çıxarın.
● Optimal iş rejimi üçün cihaz vaxtaşırı söndürülməlidir,
bunun üçün cihazı söndürün və batareyanı çıxarın.
Yuxarıda göstərilən bütün təkliflər eyni dərəcədə sizin
cihazınıza, batareyaya, batareya doludran qurğuya və ya
Baxım və texniki qulluq
© 2008 Nokia. Bütün hüquqlar qorunur
54