Nokia 1680 classic

Page 53
background image
Baxım və texniki qulluq
Sizin cihaz əla keyfiyyətli dizayn və sənətkarlıq
məhsuludur və ehtiyatla qorunmalıdır. Aşağıda göstərilən
təkliflər zəmanətin əhatə etdiyi sahələrin qorunmasına
yardım edəcək.
● Cihazı quru saxlayın. Çöküntü, nəmlik və bütün növ
maye və rütubətin tərkibində eletron sxemlərin
korroziyasına səbəb ola biləcək minerallar ola bilər.
Cihazınız yaş olduqda batareyanı çıxarın və onu
yenidən yerinə yerləşdirənə qədər cihazın tam
qurumasını təmin edin.
● Cihazı tozlu, kirli yerlərdə istifadə etməyin və
saxlamayın. Onun ayrıla bilən hissələri və elektron
komponentləri zədələnə bilər.
● Cihazı isti yerdə saxlamayın. Yüksək temperatur
elektron cihazların istehlak müddətini qısaldır,
batareyaları zədələyir və müəyyən plastik hissələri əyir
və ya əridir.
● Cihazı soyuq yerdə saxlamayın. Cihaz normal
temperatura qayıtdıqda cihazın içində nəmlik yarana
bilər bə bunun nəticəsində elektron sxemlərin plataları
zədələnə bilər.
● Cihazı yalnız bu təlimatda göstərilmiş qaydada açın.
© 2008 Nokia. Bütün hüquqlar qorunur
53