Nokia 1680 classic

Page 62
background image
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi
Absorbsiya Dərəcəsi (XAD) kimi tanınan ölçü vahidi
istifadə edilir. ICNIRP təşkilatının təlimatında göstərilmiş
SAR həddi 2.0 vat/kilogramdır (v/kg) 10 qram toxuma
ortalamaqla. XAD üçün testlər bütün sınaqdan keçirilmiş
tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc
səviyyəsində məlumatı ötürərkən standart iş vəziyyətində
keçirilir. İstifadə edilən qurğunun SAR səviyyəsi maksimal
dərəcədən aşağı ola bilər, çünki qurğunun ancaq şəbəkə
ilə əlaqə yaratmaq üçün enerji verməsi tələb olunur. Bu
rəqəm bir sıra faktorun təsiri ilə dəyişir; məsələn sizin
şəbəkə baza stansiyasına nə qədər yaxın məsafədə
olmağınızdan asılıdr. Bu cihazın qulaqda istifadəsi
zamanı sınaqdan keçirilərkən ən yüksək XAD dərəcəsi
1.19 W/kg.
Qurğu hissələrinin və aksessuarlarının istifadəsi SAR
dərəcəsinə təsir edə bilər. Milli hesabatçılıq tələblərindən
və şəbəkə diapazonundan asılı olaraq XAD dərəcələri
fərqlənə bilər. SAR barədə əlavə məlumat mal haqda
məlumatın ardınca www.nokia.com saytında verilə bilər.
Təhlükəsizliklə bağlı əlavə məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
62