Nokia 7070 Prism

Page 11
background image
Sol seçim düyməsi Get sizin şəxsi sürətli düymələr siyahısınızda funksiyaları nəzərdən
keçirmək üçün istifadə olunur. Siyahını nəzərdən keçirərkən seçin Seçim > Seçmə
seçimləri ki mövcud olan funksiyalara baxasız, və ya seçin Seçim > Təşkil et ki sizin
sürətli düymələr siyahınızda funksiyaları qaydaya gətirəsiz.
Klaviatura kilidi (düymə qoruyucusu)
Təsadüfi düymə sıxılmalarının qarşısını almaq üçün Menyu seçin, və 3.5 saniyə
ərzində klaviaturanı kilidləmək üçün * basın.
Klaviaturanın kilidini açmaq üçün Kilidi aç seçin, və 1.5 saniyə müddətində * sıxın. Əgər
Təhlükəsizlik klaviatur kilidi istifadə olunursa, lazım olduqu təqdirdə təhlükəsizlik
kodunu daxil edin.
Telefonun gözləmə rejimində olduqda qurulmuş vaxt yubanmasından sonra
klaviaturanı avtomatik olaraq kilidlənilməsini təyin etmək üçün seçin Menyu >
Parametrlər > Telefon > Avtomatik klaviatur kilidi > Aktivləşdir.
Klaviatura kilidli olduqda zəngə cavab vermək üçün zəng düyməsini basın. Siz zəngi
bitirəndə və ya ondan imtina edəndə, klaviatura avtomatik olaraq kilidlənir.
Klaviatura və ya cihaz blokirovka rejimində olduqda Siz cihazınızdan
proqramlaşdırılmış rəsmi fövqəladə hal telefonlarına zəng edə bilərsiniz.
SİM kartsız işləyir
Telefonun Orqanayzer funksiyaları və oyunlar kimi bəzi funksiyaları SIM kart daxil
edilmədən istifadə edilə bilər. Bəzi funksiyalar menyularda tutqun görünür və onlardan
istifadə etmək mümkün deyil.
3. Zənglər
Zəng etmək və zəngə cavab vermək
Zəng etmək üçün telefon nömrəni, ehtiyac varsa həmçinin ölkə və sahə kodu ilə birgə,
daxil edin. Nömrəyə zəng etmək üçün zəng düyməsini basın. Zəng zamanı dinamikin
və ya qulağcıqın səs yüksəkliyini artırmaq üçün sağa və azaltmaq üçün sola diyirləyin.
Daxil olan zəngi qəbul etmək üçün, zəng düyməsini basın. Zəngdən cavab vermədən
imtina etmək üçün tamamlama düyməsini basın.
Səsucaldan
Əgər mümkündürsə, siz zəng zamanı ucadanışandan yaxud qulağcıqdan istifadə
etmək üçün Səsuc. və ya Normal seçə bilərsiz.
Xəbərdarlıq:  Mikrofon istifadə edildikdə cihazı qulağınıza yaxın tutmayın, çünki
səs dərəcəsi çox yüksək ola bilər.
Zənglər
© 2008 Nokia. Bütün hüquqlar qorunur
11