Nokia 7070 Prism

Page 15
background image
E-poçt qurma köməkçi proqramı
Əgər telefonda heç bir e-poçt parametrləri qurulmayıbsa, e-poçt köməkçi qurma
proqramı avtomatik olaraq işə başlayır. Əlavə e-poçtu qurmaq üçün köməkçi proqrama
başlamaq üçün, Menyu > Mesajlar və mövcud e-poçtu seç. E-poçt köməkçi qurma
proqramını işə salmaq üçün Seçiml. > Poçt qutu əlavə et seçin. Ekranda olan
təlimatları izləyin.
Elektron poçt yaz və göndər
Elektron poçt yazmaq üçün seçin Menyu > Mesajlar > Mesaj yarat > E-poçt
mesajı. Elektron poçta fayl əlavə etmək üçün seçin Seçim > Daxil et. Elektron poçtu
göndərmək üçün zəng düyməsini basın. Lazım olduqu təqdirdə istədiyiniz ünvanı
seçin.
Elektron poçt yüklənişi
Mühüm:  Mesajları ehtiyatla açın. Elektron poçt mesajlarda zərərli proqramlar və
ya sizin cihaz və ya kompüteriniz üçün zərərli olan digər proqramlar ola bilər.
Qəbul tərzini seçmək üçün Menyu > Mesajlar > Mesaj parametrləri > E-poçt
mesajları > Poçt qutularını redaktə et və istədiyiniz elektron poçt qutusunu və Yükləmə
parametrləri > Rejimi bərpa et seçin.
Elektron poçtu yükləmək üçün Menyu > Mesajlar və istədiyiniz elektron poçt qutusunu
seçin; lazım olduqu təqdirdə qoşulma sorğusunu təsdiq edin.
Fləş mesajı
Fləş mesajları mətn mesajlarıdır, hansılar ki, alınan kimi ekranda göstərilirlər.
1. Fleş mesaj yazmaq üçün, seçin Menyu > Mesajlar > Mesaj yarat > Flash
mesajı.
2. Qəbul edənin telefon nömrəsini yazın, öz mesajınızı yazın (maksimum 70 işarə),
və Göndər seçin.
Nokia Xpress audio mesajları
Münasib yolla MMS-dən istifadə edərək audio mesajı yaradın və göndərin.
1. Seç Menyu > Mesajlar > Mesaj yarat > Audio mesaj. Səs yazan açılır.
2. Mesajınızı yazın.
3. Kimə: sahəsinə bir və ya daha çox telefon nömrəsi daxil edin, və ya nömrəni geri
qaytarmaq üçün Əlavə et seçin.
4. Mesajı göndərmək üçün seçin Göndər.
Mesaj xidmətləri
© 2008 Nokia. Bütün hüquqlar qorunur
15