Nokia 7070 Prism

Page 7
background image
1. Ümumi məlumat
Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilmiş simsiz cihaz GSM 900 və 1800 şəbəkələrində istifadə üçün
təsdiq edilmişdir. Şəbəkələr barədə daha ətraflı məlumat üçün xidmət təminatçınızla
əlaqə saxlayın.
Bu cihazdakı funksiyalardan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif
hüquqları da daxil olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və qanuni
hüquqlarına hörmət edin.
Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin, zəng signalları melodiyalarının
və digər məzmunlu funksiyaların surətinin çıxarılmasına, dəyişdirilməsinə və ya
köçürülməsinə mane ola bilər.
Xəbərdarlıq:  Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının istifadəsi
üçün telefon işə salınmalıdır. Simsiz cihaz maneə və ya təhlükə törədə biləcəyi yerlərdə
telefonu işə salmayın.
Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var.
Xüsusiyyətlərin çoxu xüsusi şəbəkə xüsusiyyətləri tələb edir. Bu xüsusiyyətlər bütün
şəbəkələrdə mövcud olmur; digər şəbəkələr tələb edə bilər ki, şəbəkə xidmətlərini
istifadə etməzdən əvvəl siz xidmət təminatçınız ilə xüsusi razılaşmalar edəsiniz. Sizin
xidmət təminatçınız sizə təlimatları verə və hansı qiymətlərin tətbiq ediləcəyini izah edə
bilər. Bəzi şəbəkələrin sizin şəbəkə xidmətlərindən necə istifadə etməyinizə təsir edə
biləcək məhdudiyyətləri ola bilər. Nümunə üçün, bəzi şəbəkələr bütün dillərdən asılı
işarələr və xidmətləri dəstəkləməyə bilər.
Sizin xidmət təminatçınız istəyə bilər ki, sizin cihazda müəyyən xüsusiyyətlər aktiv
edilməsin və ya işləməsi dayandırılsın. Belə olduqda, bu xüsusiyyətlər sizin cihazın
menyusunda görsənməyəkdir. Sizin cihazın həmçinin xüsusi konfiqurasiyası ola bilər,
məsələn menyu adlarında, menyu sırasında və işarələrdə dəyişikliklər. Əlavə məlumat
üçün xidmət təminatçınız ilə əlaqə saxlayın.
Aksesuarlar
Aksesuarlarla bağlı bir neçə praktiki qaydalar.
● Aksesuarları balaca uşaqların əli çatmadığı yerdə saxlayın.
● Hər hansı aksesuarın güc şnurunu ayırarkən, şnurdan deyil ştepseldən yapışın.
● Avtomobildə quraşdırılmış aksesuarların düzgün quraşdırılmasını və işləməsini
mütəmadi olaraq yoxlayın.
● Mürəkkəb avtomobil aksesuarları professional personal tərəfindən
quraşdırılmalıdır.
© 2008 Nokia. Bütün hüquqlar qorunur
7