Nokia 7070 Prism

Page 13
background image
● Əgər sözdən sonra ? işarəsi göstərilirsə, sizin yazmağı nəzərdə tutduğunuz söz
lüğətdə yoxdur. Lüğətə söz əlavə etmək üçün, Hərfbəh. seçin. Ənənəvi mətn
daxil etmədən istifadə edərək söz daxil edin, və Ya. saxla seçin.
● Mürəkkəb sözləri yazmaq üçün, sözün birinci hissəsini daxil edin və onu təsdiq
etmək üçün diyirləmə düyməsini sağa sıxın. Sözün axırıncı hissəsini yazın və
sözü təsdiq edin.
3. Növbəti sözü yazmağa başlayın.
5. Menyularda əməliyyatlar keçirin
Telefon funksiyaları menyulara qruplaşdırılıb. Menyu funksiyaların və ya seçimlərin
hamısı burada göstərilməyib.
Gözləmə rejimində olarkən, Menyu və istədiyiniz menyunu və altmenyunu seçin. Seçin
Çıx və ya Geri ki, menyunun hazırki dərəcəsindən çıxasız. Tamamlama düyməsini
basın ki, bilavasitə gözləmə rejiminə qayıdasız. Menyunun görünüşünü dəyişmək üçün
seçin Menyu > Seçim > Əsas mnyu görnş > Siyahı və ya İşarələr.
6. Mesaj xidmətləri
Siz mətn, multimedia, audio və fləş mesajları və elektron poçtu oxuya, yaza, göndərə
və saxlaya bilərsiz. Mesaj xidmətləri yalnız o halda istifadə edilə bilər ki, onlar şəbəkə
və ya xidmət təminatçısı tərəfindən dəstəklənirlər.
Mətn və multimedia mesajları
Siz mesaj yarada bilərsiniz və ona, misal üçün, şəkil əlavə edə bilərsiniz. Fayl əlavə
edildikdə sizin telefon avtomatik olaraq mətn mesajını multimedia mesajına dəyişir.
Mətn mesajları
Sizin cihazınız bir mesaj limitindən artıq sayda mətn mesajlarının göndərilməsini
dəstəkləyir. Uzun mesajlar iki və ya daha artıq mesajlar kimi göndərilir. Sizin şəbəkə
təminatçınız uyğun olaraq qiymət təyin edə bilər. Vurğular və ya digər işarəli hərflər və
bəzi dil seçimlərindən olan hərflər, daha çox yer tutur və bir mesajda göndərilə biləcək
işarələrin sayını azaldır.
Ekranın yuxarısında olan indikator qalan işarələrin ümumi sayını və göndərilmə üçün
lazım olan mesajların sayını göstərir.
Hər hansı mətn və ya SMS e-poçt mesajları göndərməzdən əvvəl, siz öz mesaj mərkəzi
nömrənizi yadda saxlamalısınız. Menyu > Mesajlar > Mesaj parametrləri > Mətn
mesajları > Mesaj mərkəzləri > Mərkəz əlavə et seçin, adı və servis təminatçınızdan
nömrəni daxil edin.
Menyularda əməliyyatlar keçirin
© 2008 Nokia. Bütün hüquqlar qorunur
13