Nokia 7070 Prism

Page 19
background image
Paket məlumatı
Ümumi paket radio xidməti (GPRS) mobil telefonlara məlumatı İnternet protokolu ilə
(İP) göndərmələri və qəbulu üçün istifadə olunan bir şəbəkə xidmətidir.
Xidmətdən necə istifadə ediləcəyini müəyyən etmək üçün Menyu > Parametrlər >
Bağlantı > Paket məlumat > Paket məlumat bağlantısı və aşağıdakılardan seç:
● Ehtiyac olduqda  — proqramın ehtiyacı olduqda paket məlumatın qoşulmasını
yaratmaq. Proqram sona çatdıqda qoşulma bağlanacaqdır.
● Həmişə onlayn  —  telefonu yandırdıqda avtomatik olaraq paket məlumatı
şəbəkəsinə qoşulmaq
Məlumat ötürülməsi
Sizin telefon uzaq İnternet serveri ilə (şəbəkə xidməti) məlumat ötürülməsini (təqvim,
kontaktlar barəsində məlumat və qeydlər) təmin edə bilər.
Serverdən sinxronizasiya etmək
Uzaq serverdən istifadə etmək üçün sinxronizasiya xidmətinə yazılın. Daha ətraflı
məlumat və bu xidmət üçün tələb olunan parametrlər barəsində xidmət təminatçınızla
əlaqə saxlayın.
Telefonunuzdan sinxronizasiyanı başlamaq üçün seçin Menyu > Parametrlər >
Bağlantı > Məlumat köçür > Server sinx.
Zənglər və telefon
Seç Menyu > Parametrlər > Zəng.
Daxil olan zəngləri yönləndirmək üçün seçin Zəng yönləndirməsi (şəbəkə xidməti).
Ətraflı məlumat üçün xidmət təminatçınızla əlaqə saxlayın.
Uğursuz zəngdən sonra zəng bağlantısını yaratmaq üçün on cəhd etmək üçün seçin
Avtomatik təkrar zəng > Aktivləşdir.
Cari zəng zamanı şəbəkənin gələn zəng barəsində sizi məlumatlandırması üçün seçin
Gözləyən zəng xidməti > Aktivləşdir (şəbəkə xidməti).
Zəng etdiyiniz şəxsə telefon nömrənizi göstərmək və ya onu ondan gizli saxlamaq üçün
seçin Nömrəmi göndər (şəbəkə xidməti).
Telefonunuzun ekranında istifadə olunan dili seçmək üçün seçin Menyu >
Parametrlər > Telefon > Dil parametrləri > Telefonun dili.
Aksesuarlar
Əgər telefon uyğun mobil aksesuara qoşulub və ya qoşulmuşdursa, bu menyu və digər
seçimlər göstərilir.
Seç Menyu > Parametrlər > Aksesuar. Aksesuarı və aksesuardan asılı olaraq
seçimləri edin.
Parametlər
© 2008 Nokia. Bütün hüquqlar qorunur
19