Nokia 7070 Prism

Page 24
background image
Axtarış zamanı keşi təmizləmək üçün Seçim > Digər seçimlər > Keşi sil seçin.
Telefonun kukilərin qəbulunu qadağan etmək yaxud onların qəbuluna icazə vermək
üçün İnternet səhifələrinə baxım zamanı seçin Seçiml. > Digər seçimlər >
Təhlükəsizlik > Kuki parametrləri; yaxud gözləmə rejimində seçin Menyu > İnternet >
Parametrlər > Təhlükəsizlik parametrləri > Kukilər.
Gələn xidmət məktubların qutusu
Sizin xidmət təminatçınız xidmət mesajlarını birbaşa sizin telefonunuza göndərə bilər
(şəbəkə xidməti). Xidmət mesajları daxilində mətn mesajı və ya xidmətin ünvanı olan
bildirişlərdirlər (məsələn, xəbər başlıqları).
Xidmət mesajını oxumaq üçün seçin Göstər. Əgər siz Çıx seçsəniz, mesaj Servis
poçtu köçürüləcək.
Telefonun parametrlərini xidmət mesajların qəbulu üçün qurmaq üçün seçin Menyu >
İnternet > Parametrlər > Servis poçtu parametrləri > Servis mesajları >
Aktivləşdir.
Brauzer təhlükəsizliyi
Bank əməliyyatları və ya şəbəkə daxilində alış-veriş kimi müəyyən xidmətlər üçün
təhlükəsizlik xüsusiyyətləri tələb oluna bilərlər. Bu növ qoşulmalar üçün sizə
təhlükəsizlik sertifikatları və, ola bilsin ki, SİM kartınızda mövcud olan təhlükəsizlik
modulu tələb oluna bilər. Daha ətraflı məlumat almaq üçün xidmət təminatçınızla əlaqə
saxlayın.
16. SİM xidmətləri
Sizin SİM kart istifadə edə biləcəyiniz əlavə xidmətləri təmin edə bilər. Bu menyuya
yalnız sizin SİM kart tərəfindən dəstəkləndikdə daxil ola bilərsiniz. Menyunun adı və
məzmunu mövcud olan xidmətlərdən asılıdır.
SİM kartla bağlı xidmətlərin mövcudluğu və məlumat üçün Sizin SIM kart satıcısı ilə
əlaqə saxlayın. Bu satıcı xidmət provayderi, şəbəkə operatoru və digər subyekt ola
bilər.
17. Batareya haqqında məlumat
Batareyanın doldurulması bə boşaldılması
Sizin cihaz təkrar doldurulan batareya ilə təchiz edilmişdir. Batareya yüzlərlə dəfə
doldurula və boşaldıla bilər lakin vaxt keçdikcə batareya köhnəlir. Danışmaq və
gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısadırsa batareyanı dəyişin. Yalnız Nokia
tərəfindən təsdiq edilmiş batareyaları istifadə edin və batareyanızın doldurulması üçün
yalnız Nokia tərəfindən təsdiq edilmiş bu telefon üçün nəzərdə tutulmuş batareya
dolduran qurğuları istifadə edin.
SİM xidmətləri
© 2008 Nokia. Bütün hüquqlar qorunur
24