Nokia 7070 Prism

Page 23
background image
Öz xidmət təminatçınız ilə bu xidmətlərin mövcudluğunu, qiymətləri və təlimatları
yoxlayın.
İnternet səhifələrin nəzərdən keçirilməsi üçün tələb edilən konfiqurasiya parametrlərini
siz xidmət təminatçınızdan konfiqurasiya mesajı vasitəsilə ala bilərsiniz.
Xidməti kökləmək üçün Menyu > İnternet > Parametrlər > Konfiqurasiya
parametrləri, konfiqurasiyanı və hesabı seçin.
Xidmətə qoşul
Xidmətə qoşulmaq üçün Menyu > İnternet > Ev seçin; v ya gözləmə rejimində 0 sıxın
və saxlayın.
Əlfəçin seçmək üçün seçin Menyu > İnternet > Əlfəcinlər. Sizin qurğunuz Nokia ilə
əlaqəsi olmayan üçüncü tərəflər tərəfindən təmin edilən saytlara keçid icazə verə bilər
və ya onda bəzi əlfəcinlər və linklər qabaqcadan qurulmuş ola bilər. Nokia bu saytlar
üçün heç bir məsuliyyəti təsdiq etmir və üzərinə götürmür. Əgər siz onlara keçmək
istəsəniz, siz hər hansı internet saytı ilə təhlükəsizlik və tərkib üçün edəcəyiniz eyni
ehtiyyat tədbirlərini görməlisiniz.
Son URL seçmək üçün Menyu > İnternet > Son veb ünvanı seçin.
Xidmətin ünvanını daxil etmək üçün Menyu > İnternet > Ünvana get seçin. Ünvanı
daxil edin və OK seçin.
Xidmətə qoşulduqdan sonra, siz onun səhifələrini axtara bilərsiniz. Telefon klavişlərinin
funksiyaları müxtəlif xidmətlərdə dəyişə bilər. Telefon displeyi üzrə mətn bələdçisini
izlə. Əlavə məlumat üçün, şəbəkə təminatçınız ilə əlaqə saxlayın.
Görünüş parametrləri
İnternet səhifələrini nəzərdən keçirərək seçin Seçiml. > Digər seçimlər > Görüntü
para.. Mövcud seçimlərə aşağıdakılar daxil ola bilər:
● Sətirdən keçirmə  — Mətnin necə göstərilməsini seçmək.
● Siqnallar  — İnternet səhifələrini nəzərdən keçirərək təhlükəsiz qoşulmanın təhlükəli
qoşulmaya keçdiyi zaman siqnal verməsi üçün Təhlükəli bağlantı üçün siqnal >
Bəli seçin. Təhlükəsiz səhifə tərkibində təhlükəli element daxil olduqu zaman siqnal
verilməsi üçün Təhlükəli elementlər üçün siqnal > Bəli seçin. Bu siqnallar təhlükəsiz
qoşulmaını təmin etmir.
● Simvol şifrələmə  — Brauzer səhifəsinin məzmununa şifrələmə təyin etmək üçün
İçindəkilər şifrələnir seçin.
Keş yaddaş
Keş məlumatın müvəqqəti mühafizə edilməsi üçün istifadə edilən yaddaş yeridir. Əgər
siz parol tələb edən məxfi məlumata çıxmağa cəhd göstərmişsinizsə və ya
çıxmışsınızsa hər istifadədən sonra keş yaddaşı təmizləyin. Girişi əldə etdiyiniz
məlumat və ya xidmət keş yaddaşında saxlanılır.
İnternet
© 2008 Nokia. Bütün hüquqlar qorunur
23