Nokia 7070 Prism

Page 14
background image
Multimediya mesajları və multimediya plyus mesajları
Multimediya mesajı (MMS) mətn, şəkillər, səs klipləri və video kliplərdən ibarət ola bilər.
Multimediya plyus mesajı da həmçinin istənilən məzmundan ibarət ola bilər, hətta
telefonunuz tərəfindən dəstəklənməyən fayllar.
Yalnız müvafiq elementləri olan cihazlar multimediya mesajlarını qəbul edə və ekranda
nümayiş edə bilər. Mesajın görünüşü qəbul edən cihazdan asılı olaraq fərqli ola bilər.
Simsiz şəbəkə MMS mesajlarının ölçüsünü məhdudlaşdıra bilər. Daxil edilmiş şəkil bu
limiti aşırsa cihaz onu MMS-lə göndərilə biləcək ölçüyə qədər balacalaşdıra bilər.
Mühüm:  Mesajları açarkən ehtiyyat tədbirləri görün. E-poçt mesajları təhlükəli
proqramları daşıya bilər və ya başqa çür sizin cihaza və ya kompyüterə zərərli ola bilər.
Multimediya mesaj servisinin (MMS) mövcudluğu və ona abunə olmaqla əlaqədar,
xidmət təminatçınız ilə əlaqə saxlayın. Siz həmçinin konfiqurasiya parametrlərini
yükləyə bilərsiniz
Mətn və ya multimediya mesajı yarat
1. Menyu > Mesajlar > Mesaj yarat > Mesaj seçin
2. Resipient əlavə etmək üçün Kimə: sahəyə fırladın və resipientlərin nömrələrini və
ya e-poçtlarını daxil edinvə ya resipientləri seçmək üçün Əlavə et seçin.
Resipientlər və mövzular əlavə etmək və göndərmə seçimlərini təyin etmək üçün
Seçiml. seçin.
3. Mətn: sahəsinə fırladın və mesaj mətnini daxil edin.
4. Mesaja məzmun əlavə etmək üçün displeyin aşağısındakı qoşma zolağa fırladın
və arzuladığınız məzmun növünü seçin.
5. Mesaj göndərmək üçün sıxın Göndər.
Bu mesaj növü displeyin başında göstərilir və mesajın məzmunundan asılı olaraq
avtomatik dəyişir.
Xidmət təminatçıları mesaj növündən asılı olaraq müxtəlif cür yüklənə bilər. Detallar
üçün xidmət təminatçınıza müraciət edin.
Elektron poçt
Elektron poçtu oxumaq, yazmaq və göndərmək üçün POP3 və ya İMAP4 elektron poçt
ünvanınıza telefonla keçid əldə edin. Bu elektron poçt proqramı SMS elektron poçt
funksiyasından fərqlidir.
Elektron poçtu istifadə etməzdən əvvəl, sizin elektron poçt ünvanınız və doğru
parametrləriniz olmalıdır. Sizin elektron poçt ünvanınızın mövcudluğu və parametrlərini
yoxlamaq üçün, e-poçt xidmət təminatçınızla əlaqə saxlayın. Siz elektron poçtun
konfiqurasiya parametrlərini konfiqurasiya mesajı şəklində qəbul edə bilərsiniz.
Mesaj xidmətləri
© 2008 Nokia. Bütün hüquqlar qorunur
14