Nokia 7070 Prism

Page 29
background image
İmplantasiya edilmiş tibbi cihazlar
Tibbi cihazların istehsalçıları məsləhət görür ki, tibbi cihazla ehtimal müdaxiləni aradan
qaldırmaq üçün nəbzölçən və ya implantasiya edilmiş kardiyo defibrilyasiya cihazı ilə
simsiz cihaz arasında minimum 15.3 sm məsafə olmalıdır. Belə cihazları olan şəxslər
bunları etməlidirlər:
● Simsiz cihaz işə salındıqda tibbi cihazla onun arasında minimum 15.3 sm məsafə
saxlamalıdırlar.
● Cihazı döş cibində daşımayın.
● Ehtimal müdaxiləni azaltmaq üçün simsiz cihazı tibbi cihaz olmayan tərəfdəki qulağa
tutmalıdırlar.
● Müdaxilə olduğuna dair şübhə yaranarsa, dərhal simsiz cihazı söndürməlidirlər.
● Tibbi cihazlar barədə istehsalçıların yazdığı təlimatları oxumalı və əməl etməlidirlər.
Simsiz cihazınızı implantasiya edilən tibbi cihazla necə istifadə etməyə dair suallarınız
varsa, həkiminizə müraciət edin.
Eşitmə cihazları
Bəzi rəqəmli naqilsiz cihazlar qulaq aparatlarının işlərinə təsir edə bilər. Belə
müdaxiləni hiss etdikdə xidmət provayderinizdən məsləhət alın.
Avtomobillər
RF signalları avtomobillərdə düzgün quraşdırılmamış və ya düzgün mühafizə
edilməmiş elektron yanacaq yeridilməsi sistemi, blokirovkaya qarşı elektron tormoz
sistemləri, elektron surət tənzimləyən sistemlər, hava kisəsi sistemləri kimi elektron
sistemlərə təsir edə bilər. Daha ətraflı məlumat üçün sizin avtomobilin və ya ona əlavə
edilmiş avadanlığın istehsalçısı və ya onun dileri ilə əlaqə saxlayın.
Yalnız professional personal cihaza texniki xidmət göstərə bilər və cihazı avtomobildə
quraşdıra bilər. Qüsurlu quraşdırılma və ya xidmət təhlükəli ola bilər və bu cihaza tətbiq
ediləcək hər hansı zəmanətin qüvvədən düşməsinə səbəb ola bilər. Avtomobilinizdə
bütün simsiz cihaz avadanlığının düzgün quraşdırıldığını və işlədiyini mütəmadi olaraq
yoxlayın. Tez alışan mayeləri, qazları və partlayıcı maddələri cihazın, onun hissələrinin
və aksesuarlarının daşındığı bölmədə saxlamayın və daşımayın. Hava balışı ilə təchiz
edilmiş avtomobillərlərlə bağlı unutmayın ki, hava kisələri böyük güclə şişirdilir. Hava
balışının olduğu və ya açılacağı ərazıdə əşyaları, o cümlədən quraşdırılmış və ya
daşınan avadanlığı yerləşdirməyin. Avtomobilin daxilində simsiz avadanlığın düzgün
quraşdırılmaması və hava kisəsinin şışməsi ciddi xəsarətlə nəticələnə bilər.
Təyyarədə uçuş zamanı cihazın istifadəsi qadağan edilir. Təyyarəyə minməmişdən
əvvəl cihazı söndürün. Simsiz telecihazların istifadəsi təyyarənin idarə edilməsi üçün
təhlükəli ola bilər, simsiz telefon şəbəkəsini qıra bilər və qeyri-qanuni ola bilər.
Təhlükəsizliklə bağlı əlavə məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
29