Nokia 7070 Prism

Page 31
background image
Sizin mobil cihazınız radioötürücü və radioqəbuledicidir. Bu cihaz beynəlxalq qaydalar
tərəfindən tövsiyyə edilmiş radio tezliyinə məruzqalma limitlərini aşmayan cihaz kimi
hazırlanılıb və istehsal edilmişdir. Bu rəhbər prinsiplər ICNIRP müstəqil elmi təşkilat
tərəfindən yaradılıb, belə ki, yaş həddi və sağlamlıq xüsusiyyətləri nəzərə alınmadan,
hər bir kəsin müdafiəsini təmin etmək üçün hazırlanan təhlükəsizlik qaydalarından
ibarətdir.
Mobil cihazlar üçün təsir standartı olaraq Xüsusi Absorbsiya Dərəcəsi (XAD) kimi
tanınan ölçü vahidi istifadə edilir. ICNIRP təşkilatının təlimatında göstərilmiş SAR həddi
2,0 vat/kilogramdır (v/kg) 10 qram toxuma ortalamaqla. XAD üçün testlər bütün
sınaqdan keçirilmiş tezlik diapazonlarında cihaz ən yüksək təsdiq edilmiş güc
səviyyəsində məlumatı ötürərkən standart iş vəziyyətində keçirilir. İstifadə edilən
cihazın XAD səviyyəsi maksimal göstəricidən aşağı ola bilər, çünki cihaz ancaq şəbəkə
ilə əlaqə yaratmaq üçün tələb olunan enerjidən istifadə etmək üçün nəzərdə tutulub.
Bu rəqəm bir sıra faktordan asılı olaraq dəyişir; məsələn sizin şəbəkə baza
stansiyasına nə qədər yaxın məsafədə olmağınızdan asılıdır. Bu cihazın qulaqda
istifadəsi zamanı sınaqdan keçirilərkən ən yüksək XAD dərəcəsi 0.61 W/kg.
Cihaz hissələrinin və aksessuarlarının istifadəsi XAD dərəcəsinə təsir edə bilər. XAD
dərəcələri milli hesabat və sınaq tələblərindən və şəbəkə diapazonundan asılı olaraq
fərqlənə bilər. XAD barədə əlavə məlumat məhsul haqda məlumatın ardınca
www.nokia.com saytında verilə bilər.
Təhlükəsizliklə bağlı əlavə məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
31