Nokia 7070 Prism

Page 30
background image
Potensial partlayıcı mühit
Potensial partlayıcı atmosferi olan ərazidə telefonu söndürün və bütün işarələrə və
göstərişlərə riayət edin. Potensial partlayıcı atmosferi olan ərazi adətən avtomobilinizin
mühərriyinin söndürülməsi tövsiyyə edilən ərazıni əhatə edir. Belə ərazilərdə
qığılcımlar partlamaya yaxud yanğına səbəb olur və bədən xəsarəti və ya hətta ölümlə
nəticələnir. Telefonu xidmət stansiyalarında olan qaz nasosları kimi yanacaq
stansiyalarında söndürün. Yanacaq depolarında, saxlama və paylama
məntəqələrində, kimyəvi zavodlarda və ya partlayış əməliyyatları keçirilən ərazilərdə
məhdudiyyətlərə riayət edin. Potensial partlayış atmosferi olan ərazilər həmişə olmasa
da çox vaxt aşkar qeyd edilirlər. Bunlara qayıqlarda göyərtənin aşağısı, kimyəvi maddə
daşıma və ya saxlama yerləri və havada toz, metal tozları və ya müxtəlif kimyəvi
hissəciklər olan yerlər daxildir. Maye qazla işləyən avtomobil istehsalçılarına bu cihazın
həmin avtomobillərin yaxınlığında istifadə eilib edilməyəcəyini soruşmalısınız.
Təcili yardım zəngləri
Mühüm:  Bu cihaz da daxil olmaqla simsiz telefonlar radio siqnalları, simsiz
şəbəkələri, daxili əlaqə xəttləri şəbəkələrini və istifadəçi üçün proqramlaşdırılmış
funksiyaları istifadə edərək işləyir. Bununla bağlı olaraq hər bir şəraitdə əlaqələrə
zəmanət verilə bilməz. Təcili tibbi yardım kimi əhəmiyyətli əlaqələr üçün Siz yalnız
simsiz cihaza etibar etməməlisiniz.
Təcili yardım zəngini etmək üçün:
1. Cihaz iş rejimində olmadıqda onu yandırın. Müvafiq siqnal intensivliyini yoxlayın.
Müəyyən şəbəkələr qüvvədə olan SİM kartının cihaza düzgün salınmasını tələb
edə bilər.
2. Ekranı təmizləmək və cihazı zənglər üçün hazır etmək üçün lazım olan qədər başa
çatdırma düyməsini basın.
3. Olduğunuz yerin rəsmi təcili yardım nömrələrini daxil edin. Təcili yardım nömrələri
ərazidən asılı olaraq fərqlənir.
4. Zəng düyməsini basın.
Müəyyən elementlər istifadə edildikdə təcili zəng etməzdən əvvəl həmin elementlərin
söndürülməsi tələb oluna bilər. Daha ətraflı məlumat üçün bu təlimata və ya xidmət
provayderinizə müraciət edin.
Təcili yardım zəngi edərkən tələb olunan məlumatı mümkün qədər dəqiq verin. Hadisə
yerində sizin simsiz cihazınız yeganə kommunikasıya vasitəsi ola bilər. İcazə
verilənədək zəngi bitirməyin.
SERTİFİKATLAŞDIRMA MƏLUMATI (XAD)
Bu mobil cihaz radio dalğalara məruzqalma təlimatlarına cavab verir.
Təhlükəsizliklə bağlı əlavə məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
30