Nokia 7070 Prism

Page 18
background image
● Müddətli — Qurtarma vaxtınadək rejimin aktiv olmasını qur. Rejim üçün qurulmuş
vaxt sona çatdıqda, vaxt məhdudiyyəti olmayan əvvəlki rejim aktiv olur.
Melodiyalar
Siz seçilmiş aktiv rejimin melodiya parametrlərini dəyişə bilərsiniz.
Seç Menyu > Parametrlər > Melodiyalar. Siz eyni parametrləri Rejimlər menyusunda
da tapa bilərsiniz.
Əgər Siz ən yüksək zəng tonu dərəcəsini seçsəniz, zəng tonu bir neçə saniyədən sonra
öz ən yüksək səviyyəsinə çatacaq.
Ekran
Seç Menyu > Parametrlər > Displey.
Ekranı avtomatik olaraq tutqun etmək və telefon müəyyən müddət üçün istifadə
edilmədikdə saatı göstərmək üçün seçin Enerjiyə qənaət edən.
Telefon müəyyən müddət ərzində istifadə edilmədikdə ekranı avtomatik olaraq
söndürmək üçün seçin Yatma rejimi.
Tarix və vaxt
Seç Menyu > Parametrlər > Vaxt və tarix.
Tarixi və vaxtı təyin etmək üçün seçin Vaxt və tarix parametrləri.
Tarix və vaxt formatlarını təyin etmək üçün seçin Tarix və zaman formatının para..
Telefonun avtomatik olaraq cari saat qurşağına əsaslanaraq vaxtı və tarixi yeniləmək
üçün seçin Tarix və saatın avt. yenilənməsi (şəbəkə xidməti).
Sürətli düymələr
Şəxsi sürətli düymələrin köməyi ilə siz telefonda çox istifadə olunan funksiyalara tez
bir zamanda giriş əldə edə bilərsiz. Seç Menyu > Parametrlər > Qısa yollarım.
Telefonun bir funksiyasını sağ və ya sol seçmə düyməsinə təyin etmək üçün seçin Sağ
seçim düyməsi və ya Sol seçim düyməsi.
Keçid düyməsi üçün sürətli düymə funksiyalarını təyin etmək üçün seçin Naviqasiya
düyməsi. İstədiyiniz istiqamətə doğru diyirləyin və Dəyiş yaxud Təyin et və siyahıdan
funksiyanı seçin.
Əlaqə
Sizin telefon məlumatın ötürülməsi və qəbul edilməsi üçün digər cihazlara qoşulmaq
üçün bir neçə xüsusiyyətləri təmin edir.
Parametlər
© 2008 Nokia. Bütün hüquqlar qorunur
18