Nokia 7070 Prism

Page 20
background image
Konfiqurasiya
Siz telefonunuzu müəyyən xidmətlər üçün tələb edilən parametrlərlə konfiqurasiya edə
bilərsiniz. Sizin xidmət təminatçınızda həmçinin bu parametrləri sizə göndərə bilər.
Menyu > Parametrlər > Konfiqurasiya və aşağıdakı seçimlərdən seç:
● Defolt konfiqurasiya parametrləri  — telefonun yaddaşında saxlanılan xidmət
təminatçılarını nəzərdən keçirmək və defolt xidmət təminatçını təyin etmək üçün
● Büt. proqramlarda defolt aktivləşdir  — dəstəklənən proqramlar üçün defolt
konfiqurasiya parametrlərini aktiv etmək üçün
● Üstün tutulan giriş nöqtəsi  — yadda saxlanılan giriş nöqtələrini nəzərdən keçirmək
üçün
● Servis provayder dəstəyinə bağlan  — xidmət təminatçınızdan konfiqurasiya
parametrlərini yükləmək üçün
● Qurğu menecer parametrləri  — telefonun proqram yeniliklərini qəbul etməsinə
icazə verilməsi və ya qarşısının alınması üçün. Bu seçim telefonunuzdan asılı olaraq
mövcuddur.
● Şəxsi konfiqurasiya parametrləri  — müxtəlif xidmətlərə əl ilə yeni şəxsi ünvanlar
əlavə etmək, onları aktiv etmək və ya pozmaq üçün. Yeni şəxsi ünvanı əlavə etmək
üçün seçin Y. əlavə və ya Seçiml. > Yenisini əlavə et. Xidmət növünü seçin və tələb
edilən parametrləri daxil edin. Şəxsi ünvanı aktiv etmək üçün ona doğru diyirləyin
və seçin Seçiml. > Aktivləşdir.
Zavod parametrlərini bərpa et
Telefonu zavod parametrlərinə bərpa etmək üçün Menyu > Parametrlər > Zvod
parmt. bərpa et və növəti seçimlərdən seç.
● Yalnız param. bərpa et — heç bir şəxsi məlumatı silmədən bütün ustülük verilən
parametrləri yenidən qurmaq
● Hamsını bərpa et — bütün üstünlük verilən parametrlər yenidən qurmaq və əlaqələr,
mesajlar, mediya fayları və aktivasiya klavişləri kimi bütün şəxsi məlumatlar silmək
10. Operator menyusu
Sizin şəbəkə operatorunuz tərəfindən təmin edilən xidmətlər portalına keçid əldə edin.
Daha ətraflı məlumat üçün şəbəkə operatorunuza müraciət edin. Operator bu menyunu
xidmət mesajı ilə təkmilləşdirə bilər.
11. Qalereya
Müəlliflik hüququ mühafizəsi bəzi şəkillərin, musiqinin (zəng tonlarıda daxil olmaqla),
və digər məzmunun surətini çıxarmağın, dəyişdirməyin, ötürülməyin və irəli
göndərilməsinin qarşısını ala bilər.
Operator menyusu
© 2008 Nokia. Bütün hüquqlar qorunur
20