Nokia 7070 Prism

Page 25
background image
Batareya ilk dəfə dəyişdirilərkən və ya batareya uzun müddət istifadə edilmədikdə
enerji qurğusunu cihaza birləşdirmək, sonra ayırmaq və batareyanın doldurulmasının
başlanması üçün təkrar birləşdirmək tələb oluna bilər.
Batareyanı dolduran qurğu istifadə edilmədikdə, onu elektrik rozetkadan və telefondan
ayırın. Tam doldurulmuş batareyanı dolduran qurğuya birləşmiş saxlamayın, çünki
normadan artıq batareyanın doldurulması onun istehlak müddətini qısalda bilər.
İstifadə edilmədikdə tam doldurulmuş batareya enerjisini vaxt keçdikcə itirir.
Batareya tam boşaldıqda ekranda batareyanın doldurulması indikatorunun peyda
olması və ya zəng edilməsi üçün bir neçə dəqiqə tələb oluna bilər.
Batareyanı yalnız müvafiq məqsəd üçün istifadə edin. Heç vaxt zədələnmiş batareya
və ya batareyanı dolduran qurğu istifadə etməyin.
Batareyanın qısa qapanmasına yol verməyin. Təsadüfi qısa Təsadüfi qısa qapanma
dəmir pul, sıxac, və ya qələm kimi metal əşyalar birbaşa batareyanın müsbət (+) və
mənfi (-) terminalları ilə əlaqədə olduqda baş verə bilər. (Bu batareyanın üzərində metal
zolaqlar kimi görsənir.) Bu, misal üçün, ehtiyat batareyasını cibinizdə və ya pul
kisəsində gəzdirdikdə baş verə bilər. Terminalların qısa qapanması batareyaya və ya
əlaqədə olan əşyaya zərər verə bilər.
Batareyanı yayda və ya qışda bağlı avtomobildə kimi isti və soyuq yerdə saxlanılması
batareyanın keyfiyyətinə və istehlak müddətinə təsir edir. Həmişə batareyanı 15°C və
25°C (59°F və 77°F) arasında olan hərarət dərəcəsində saxlamağa çalışın). İsti və
soyuq batareya ilə cihaz, hətta tam doldu olsa belə müvəqqəti işləyə bilmir.
Batareyanın iş keyfiyyəti donma nöqtəsindən aşağıda olan dərəcələrdə xüsusilə
məhdud olur.
Partlamağa səbəb ola biləcəyi üçün batareyaları oda atmayın. Batareyalar
zədələndikdə də partlayışa səbəb ola bilər. Batareyaları yerli qaydalara müvafiq olaraq
məhv edin. Mümkün olduqda batareyanı başqa məqsəd üçün istifadə edin. Ev tullantısı
kimi atmayın.
Elementləri, ya da batareyanı kəsmək, və ya sökmək olmaz. Əgər batareyadan maye
axsa, bu surətdə mayenin dəri, və gözlərinizə dəyməsinə imkan verməyin. Bu baş
verdiyi halda isə dəri, və ya gözlərinizi dərhal su ilə yuyun, ya da tibbi yardım axtarın.
Nokia batareyasının identifikasiyası qaydaları
Təhlükəsizliyiniz üçün həmişə Nokia batareyalarını istifadə edin. Orijinal Nokia
batareyasını aldığınıza əmin olmaq üçün onu səlahiyyətli Nokia dilerindən alın və
aşağıdakı addımları izləyərək holoqramı yoxlayın:
Dörd addımın müvəffəqiyyətli tamamlanması batareyanın orijinallığının tam təsdiqi
deyil. Əgər batareyanın orijinal Nokia batareyası olduğuna dair sizdə şübhə varsa, siz
onu istifadə etməkdən çəkinməli və yardım üçün yaxınlığınızda olan səlahiyyətli Nokia
xidmət şəbəkəsinə və ya dilerinə müraciət etməlisiniz. Səlahiyyətli Nokia xidmət
şəbəkəsi və ya dileri batareyanın orijinallığını yoxlayacaq. Batareyanın orijinallığı
təsdiq edilmədikdə onu aldığınız yerə qaytarın.
Batareya haqqında məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
25