Nokia 7070 Prism

Page 22
background image
14. Gündəlik
Zəngli saat
Seç Menyu > Gündəlik > Zəngli saat.
Zəngli saatı yandırmaq və ya söndürmək üçün seçin Siqnal:. Zəngli saatın vaxtını təyin
etmək üçün seçin Siqnal vaxtı:. Seçilmiş həftə günləri ərzində telefonun zəngli saatının
çalışmasını etmək üçün seçin Təkrarlanma:. Zəngli saatın tonunu seçmək və ya
şəxsləndirmək üçün seçin Siqnal melodiyası:. Mürgüləmə tonunun vaxtını təyin etmək
üçün seçin Mürgülə. fasiləsi:.
Zəngi dayandırmaq üçün, seç Dayan. Əgər siz imkan versəniz ki, telefon bir dəqiqə
ərzində zəng çalsın və ya Mürgülə seçsəniz, zəng mürgüləmə vaxtı üçün dayanaraq
sonra yenidən başlayacaq.
cihaz sönülü olan zaman zəng saatı çatdıqda, cihaz özü yanır və zəng melodiyasını
səsləndirməyə başlayır. Əgər siz Dayan seçsəniz, cihaz sizin cihazı zənglər üçün aktiv
etmənizi soruşur. Cihazı söndürmək üçün Xeyr və ya zəng etmək və zəngləri qəbul
etmək üçün Bəli seçin. Simsiz qurğunun istifadəsi təhlükəyə və müdaxiləyə səbəb ola
bildikdə Bəli seçməyin.
Təqvim və işlər siyahısı
Seç Menyu > Gündəlik > Təqvim. Hal-hazıki tarix çərçivədə göstərilib. Əgər gün üçün
nəzərdə tutulmuş hər hansı qeydlər varsa, gün qalın tərzdə yazılacaqdır.
Təqvim qeydi etmək üçün lazım olan tarixə doğru diyirləyin və seçin Seçiml. > Qeyd
yarat.
Gün qeydlərinə baxmaq üçün seç Göstər. Təqvimdəki bütün qeydləri silmək üçün, ay
və ya həftə görünüşü və Seçiml. > Bütün qeydləri sil seç.
İşlər siyahısını nəzərdən keçirmək üçün seçin Menyu > Gündəlik > Ediləcəklər
siyah.. İşlər siyahısı göstərilir və birincilik dərəcəsinə uyğun olaraq ayrılır. Qeydi əlavə
etmək, pozmaq və ya göndərmək, onu bitirilmiş kimi göstərmək və ya işlər siyahısını
bitirmə vaxtına əsasən ayırmaq üçün seçin Seçim.
15.  İnternet 
Telefonunuzun brauzeri ilə siz müxtəlif mobil İnternet xidmətlərindən yararlana
bilərsiniz. Görünüş ekranın ölçüsündən asılı olaraq fərqlənə bilər. Siz, ola bilər, İnternet
səhifələrin bütün təfsilatlarını nəzərdən keçirə bilməyəcəksiniz.
Mühüm:  Yalnız etibar etdiyiniz və zərərli proqramlara qarşı müvafiq təminat təklif
edən xidmətləri istifadə edin.
Gündəlik
© 2008 Nokia. Bütün hüquqlar qorunur
22