Nokia 7070 Prism

Page 28
background image
Tullanma
Məhsulunuzun üzərindəki X işarəli çarxlı qutu işarəsi, mətn və ya qablaşdırma
sizə xatırladır ki, bütün elektrik və elektronik məhsullar, batareyalar və
akumulyatorlar istifadə müddətləri bitdikdə ayrı yerlərə atılmalıdır. Bu tələb
Avropa İttifaqında və ayrı toplanma sistemləri olan yerlərdə tətbiq edilir. Bu
məhsulları çeşidləndirilməmiş bələdiyyə tullantılarının arasına yerləşdirməyin.
Məhsulları toplanma yerlərinə qaytararaq siz nəzarətsiz tullantıların qarşısını alırsınız
və materialların yenidən istifadəsinə kömək edirsiniz. Ətraflı məlumatı pərakəndə
satıcıdan, yerli bələdiyyələrdən, milli istehlakçılardan, hakimiyyət orqanlarından və ya
yerli Nokia nümayəndəliyindən əldə edə bilərsiniz. Məhsulun Eko-Bəyannaməsi ilə və
ya məhsulunuzu qaytarmaq üçün təlimatlarla bağlı www.nokia.com ünvanından
ölkənizə aid məlumatlara baxın.
Təhlükəsizliklə bağlı əlavə məlumat
Kiçik uşaqlar
Sizin cihazda və aksessuarlarda xırda hissələr ola bilər. Onları kiçik uşaqların əli
çatmadığı yerdə saxlayın.
İş mühiti
Bu qurğu, normal istifadə zamanı qulağa qoyulduqda, həmçinin bədəndən ən azı
2,2 santimetr (7/8 düym) məsafədə olduqda belə radiotezliklərin təsiri haqda rəhbər
göstərişlərin tələblərini ödəmək iqtidarındadır. Bədən üzərində daşınmaq üçün
diplomat, kəmər sıxacı və tutacaq istifadə edilirsə bu əşyalarda metal olmamalı və
cihaz bədəndən yuxarıda qeyd edilən məsafədə yerləşdirilməlidir.
Məlumat fayllarını və ya mesajları göndərmək üçün bu cihaz şəbəkə ilə keyfiyyətli
əlaqəni tələb edir. Müəyyən hallarda belə əlaqə təmin edilməyincə faylların və ya
mesajların göndərilməsi ləngidilə bilər. Məlumatın göndərilməsi bitənə qədər əmin olun
ki, yuxarıda göstərilən ayırma məsafəsinə riayət edilir.
Cihazın hissələri maqnitdir. Metal əşyalar qurğuya təsir edə bilər. Kredit kartlarını və
digər maqnit daşıyan vasitələri cihazın yanında qoymayın, çünki onlarda olan məlumat
silinə bilər.
Tibbi cihazlar
Radio ötürücü avadanlığın, o cümlədən simsiz telefonların işlədilməsi qeyri-müvafiq
mühafizə edilən tibb cihazlarının funksionalığına təsir edə bilər. Tibb cihazlarının lazımi
qaydada RF enerjisindən qorunduğunu müəyyən etmək və istənilən suallarla bağlı
həkim və tibb cihazının istehsalçısına müraciət edin. Əgər tibbi avadanlıqlar yerləşən
məkanda telefon aparatını söndürmək tövsiyyəsi barədə elan vurulubsa, bu tələbə
əməl etmək lazımdır. Xəstəxanalar və tibb müəssisələri xarici RF enerjisinə həssas
olan avadanlıqdan istifadə edə bilər.
Təhlükəsizliklə bağlı əlavə məlumat
© 2008 Nokia. Bütün hüquqlar qorunur
28