Nokia 6700 Klassik

Page 10
background image
4 Arxa qapağı yerinə bağlayın.
microSD kartının daxiledilməsi
Yalnız Nokia tərəfindən təsdiqlənmiş bu cihaz üçün uyğun olan microSD kartları
istifadə edin. Nokia yaddaş kartları üçün təsdiqlənmiş sənaye standartlarından istifadə
edir, amma bəzi kart modelləri bu cihaza tam uyğun olmaya da bilər. Uyğun olmayan
yaddaş kartının istifadəsi yaddaş kartını, habelə cihazı zədələyə bilər, həmçinin kartda
saxlanılan məlumat pozula bilər.
Sizin telefonunuz microSD kartları 8 QB qədər yaddaş həcmini dəstəkləyir.
1 Arxa qapağı çıxardın.
2 Kartı kontakt yerləri üzüaşağı olmaq şərtilə microSD kartın yerinə daxil edin.
3 Arxa qapağı bağlayın.
microSD kartının çıxardılması
1 Cihazın arxa qapağını çıxardın.
2 Kartı dartıb çıxardın.
Batareyanın doldurulması
Sizin batareyanız müəyyən dərəcədə istehsalçı tərəfindən doldurulub. Əgər cihaz
batareyanın aşağı səviyyəsini göstərirsə, aşağıdakıları edin:
10
İşəsalma