Nokia 6700 Klassik

Page 5
background image
Ümumi məlumat
Sizin cihaz haqqında
Bu təlimatda təsvir edilmiş simsiz cihaz GSM 850, 900, 1800, 1900 və WCDMA 900,
1900 və 2100 Mhz şəbəkələri-da istifadə üçün təsdiq edilmişdir. Şəbəkə haqqında
daha ətraflı məlumat əldə etmək üçün xidmət provayderinizlə əlaqə saxlayın.
Cihazınızda üçüncü tərəf internet saytları üçün əvvəlcədən qurulan əlfəcinlər və
bəndlər ola bilər və sizə üçüncü tərəf saytlara daxil olmağa imkan verə bilər. Bunlar
Nokianın himayəsində deyil və Nokia onlara görə məsuliyyət daşımır. Əgər siz belə
saytlara daxil olsanız, təhlükəsizlik və ya tərkib üçün ehtiyat tədbirlərini həyata keçirin.
Xəbərdarlıq:
Zəngli saat istisna olmaqla bu cihazın bütün imkanlarının istifadəsi üçün telefon işə
salınmalıdır. Simsiz cihaz maneə və ya təhlükə törədə biləcəyi hallarda telefonu işə
salmayın.
Bu cihazdan istifadə edərkən bütün qanunlara riayət edin və müəllif hüquqları da daxil
olmaqla, yerli adətlərə, digər şəxslərin şəxsi işlərinə və qanuni hüquqlarına hörmət
edin. Müəlliflik hüquqlarının mühafizəsi müəyyən şəkillərin, zəng siqnalları
melodiyalarının və digər məzmunlu funksiyaların surətinin çıxarılmasına,
dəyişdirilməsinə və ya köçürülməsinə mane ola bilər.
Cihazınızın yaddaşında saxladığınız bütün zəruri məlumatın ehtiyat nüsxəsini çıxarın
və ya yazılı qeyd edin.
Digər cihaza qoşularkən təhlükəsizliklə bağlı ətraflı məlumatı əldə etmək üçün onun
istifadə təlimatını oxuyun. Uyğun olmayan məhsulları qoşmayın.
Bu təlimatlardakı şəkillər cihazınızın ekranındakından fərqli ola bilər.
Cihazınız haqqında digər mühüm məlumatları bilmək üçün istifadəçinin təlimatlarına
müraciət edin.
Şəbəkə xidmətləri
Telefonun istifadəsi üçün Sizin simsiz xidmət provayderinə ehtiyacınız var. Bəzi
xüsusiyyətlər bütün şəbəkələrdə mövcud deyil; digər xüsusiyyətlər onlardan istifadə
etməyiniz üçün Sizdən xidmət təminatçınızla xüsusi razılıq əldə etməyinizi tələb edə
bilər. Şəbəkə xidmətlərinə məlumatın ötürülməsi daxildir. Ev şəbəkəsi və ya digər
şəbəkələr üzərindən rouminq qiymətləri barədə təfərrüatlar üçün xidmət
provayderinizlə əlaqə saxlayın. Sizin xidmət təminatçınız hansı dəyişliklərin tətbiq
olunacağını izah edə bilər.
Sizin xidmət provayderiniz tələb edə bilər ki, cihazınızda quraşdırılmış müəyyən
funksiyalar istifadə edilməsin və aktivləşdirilməsin. Bu halda bu funksiyalar Sizin
menyunuzda görünməyəcək. Sizin cihazda həmçinin menyu adları, menyu sırası və
nişanlar kimi tələbə uyğunlaşdırılmış elementlər də ola bilər.
Ümumi məlumat
5